Xəbər lenti

  

Təbiət çox rəngarəngdir. Hər bir varlığın özünəməxsus xarakteri var. Amma dünyada elə canlılar var ki, onun xarakterini tam mənasıyla anlamaq mümkün deyil.

Afrikada yaşayanlar həbəş meymunları da bu cür mürəkkəb xarakterli heyvanlardandır. Adlarına Babun da deyilir.

Babun və ya həbəş meymunu, yekəpər, yerdə yaşayan meymun cinsidir. İt kimi uzun burunları, iri və iti dişləri var. Babunlar yaxın qohumları olan dril və mandrildən sonra böyük insanabənzər meymunlar ailəsinə daxil olmayan ən iri primatlardandır.

 Bu məməlilərə Babun adını Fransız bioloq Buffon vermişdir. Belə adlanmaları isə təsadüfi deyil. Qədim Misirin babun tanrısının adı Baba idi. Adın kökü də bu sözdən gəlir.

 

 Qədim Misirdə babunlara müqəddəs heyvan kimi baxır, bununla belə, cəzalandırılan qadınları onun ixtiyarına verirdilər. Xüsusi yetişdirilmiş babunlar həmin qadınlara əvvəl vəhşicəsinə təcavüz edir, sonra isə diri-diri yeyirdilər.

İndinin özündə də q dınlara qarşı çox əxlaqsız davranan babunlar həm də yaman oğrudurlar. Onların insan oğlundan oğurlamayacağı heç nə yoxdur. Hətta papaq, kola, bir qutu çipsi belə babunlar üçün yaxşı qənimət sayıla bilər. Əlinizdə nə görsələr, hücum edib alarlar. Hətta masasınıza çıxıb qabınızdakı yeməyi üstünüzə aşırmaq ehtimalları da var.

Bununla belə, babunların digər canlılara baxanda insan oğluna xeyli tərbiyyəli yanaşdıqları da sir deyil. Dünyanın ən qorxmaz heyvanı sayılan bu tərbiyyəsizlər aslanın yeməyini belə əlindən almaq qüdrətinə malikdirlər. Onların xüsusilə “böyük pişik”lərdən zindeyi-zəhləsi qaçır. Bir çitanı, pələngi, hətta aslanı nahar üstündə narahat etməkdən xoşlanırlar.

Bir çox hallarda kollektiv halda hücuma keçərlər. Amma təkbaşına da aslan qabağına çıxmaqdan, onları qovalamaqdan çəkinməzlər. Bəzən bu qəhrəmanlıqları həyatları bahasına başa gəlsə də.

 Bir çox hallarda aslanların, çitaların əllərindən aldıqları ceyranları sərbəst buraxarlar. Nədən ki, nə qədər ətcil heyvan olsalar da, ət yeməyə çox meylli də deyillər. Bu baxımdan bir çox hallarda babunlar cəngəlliklərin və çöllərin otyeyən məzlumlarının əsl xilaskarları kimi tanınırlar.

Amma ətə meylləri tutanda bütün yırtıcılardan daha qorxunc olurlar. Zira bütün yırtıcılar ovlarını canını alandan sonra yeyərlər. Babunlar üçün isə ölü və ya diri ovun heç bir fərqi yoxdur. Bir çox hallarda ovlarını diri-diri yeməkdən xoşlanırlar.

 

Babunlar çoxarvadlıdırlar. Amma kişi olmaq şansı yalnız fiziki cəhətdən güclü olan babunların hüququ sayılır. Evlənəndə isə “könül sevən ya bir olar, ya iki” prinsipi onların təbiətinə yaddır. Rəsmən qədim dövrlərin şahları kimi böyük hərəmxanalara sahiblənməkdən xoşlanırlar. Bəzilərinin 7-8 “arvadı” belə ola bilir.

Sevgililərinə həqiqətən arvadları kimi baxırlar. Babun hərəmxanasına daxil olan dişinin başqa erkəyə tamah salması böyük faciə ilə nəticələnə bilər. Qısqanc ər babun yazıq “arvadını” döyə-döyə öldürə bilər. Bu baxımdan həbəs meymunlarını Afrikanın ən namuslu canlısı da saymaq olar. 

Amma onlarda da namusdan dişilər məsul tutulurlar. Erkəkləri isə hətta insan övladı olan qadınlara da tamah sala bilərlər

Meymun olmalarına baxmayın. Bu yırtıcılar özlərinə baxmağı da çox sevərlər. Bəzən bir-birini bitləyir, tumarladırlar. Hətta bəyənmədikləri çirkli suya girməzlər. Girmək məcburiyyətində qalanda isə iyrəndiklərini xüsusilə üz və bədən hərəkətlərilə büruzə verərlər.

  

Ailədə hətta insanları təəccübləndirəcək ierarxiyaya sahibdirlər. Ailənin rəisi nə desə, o olur. Heç kim onun sözündən çıxmaz və böyük tərbiyə ilə ailə həyatlarına davam edərlər.

Həbəs meymunları həm də quldardırlar. Adətən, it balalarını öz ailələrinə daxil edərlər, amma onlara qul kimi yanaşarlar. Babun ailəsinin sadiq köləsinə çevrilən bu küçüklər ömürlərinin axırına qədər onların təmizlik işlərinə baxar, tualet tullantılarını təmizləyərlər. Bunun müqabilində isə Babunların süfrəsindən artıq qalanlarla qidalanarlar.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 275          Tarix: 17-09-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma