Xəbər lenti

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmalıdır”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb. Z. Həsənov bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu deyib.

Z.Həsənov Azərbaycanın sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirib. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 20-04-2018, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma