Xəbər lenti

 Sumqayıtda 27 yaşlı gənc intihara cəhd edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ruhi Əsəb Dispanserində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əzizov Elnur Əbülfət oğlu özünü bıçaqlayaraq intihara cəhd göstərib. Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, 27 yaşlı Elnur Əzizov bir müddətdir Ruhi Əsəb Dispanserində müalicə alır. 

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 25-07-2018, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma