Xəbər lenti


“...Bundan xəbərim olsaydı, təhqir olunsaydım belə...”

“İyul ayının 14-dən 15-ə keçən gecə şəhərin mərkəzində keçirilən yürüş-mitinqdən məkrli qüvvələr istifadə etdilər”.

Bu sözləri TV Müsavata açıqlamasında deputat Fəzail Ağamalı bildirib.
O, həmin gecə Milli Məclisin binası qarşısına millət vəkillərinin gəlib, nitq söyləməməsi, insanları sakitləşdirməməsi ilə bağlı iradlara cavabda bildirdi ki, əslində yürüş-mitinq ani olaraq baş verib. Müsahibimiz ilk dəqiqədən etibarən hadisəni internet vasitəsilə izlədiyini bildirdi: “Hər birimiz üçün o, gözlənilməz oldu. O təxribat epizodunu mən canlı yayında izləyə bilmədim.

Fikirləşdim ki, Şəhidlər Xiyabanına gəldilər, orda şəhidlərin ruhuna and içdilər ki, onların qanı yerdə qalmayacaq. Belə yüksək əhval-ruhiyyə oldu. Ondan sonra orada iki tanınmış insan çıxış etdi, fikirlərini söylədilər. Mən düşündüm ki, hər şey bitdi. Gecə saat 3-ə işləmişdən sonra artıq prosesi izləmədim. Ola bilsin ki, millət vəkilləri də düşünüb ki, o mərhələdən sonra hər şey bitib.


Doğrudan da əgər pandemiya olmasaydı, durum fərqli olardı. Həm də hadisələr birdən-birə başladı, heç birimizin bu prosesə hazırlığımız olmadığı üçün biz orda iştirak etmədik. Ola blsin ki, bu, hardasa bizim günahımız hesab oluna bilər. Ancaq o insanların qarşısına çıxıban, onları sakitləşdirmək deyilən şeydən şəxsən xəbərimiz olsaydı, şəxsən mənim xəbərim olsaydı, orda təhqir olunsaydım belə ora gedərdim. Hesab edirəm ki, digər millət vəkilləri də bunu edərdilər”.

F.Ağamalı dedi ki, bu olay ani baş verdiyi üçün və millət vəkillərindən heç biri bunu gözləmədiyindən onların qarşısına çıxa bilməyiblər: “Həmin gecə də Milli Məclisin içərisində hər hansı məmur yox idi. İçəridə sadəcə polislər vardı, iki-üç yerdə polis məntəqələri var. O polislər də onların qabağına çıxdıılar, polisə də fikir vermədilər. Vəziyyətin ani olaraq baş verməsi imkan vermədi ki, kimsə o insanların qarşısına çıxsın. Bundan da məkrli qüvvələr istifadə etdilər”.
Sevinc,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 152          Tarix: 4-08-2020, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma