Xəbər lenti

 

Fəhlənin əl işləri bəlkədə peşakarları da geridə qoyur. Onun fantaziyasi da qeyri-adi əsərlər ortaya çıxardır. Heç bir təhsili olmayan və heç bir müəllimin yanında olmayan Salyan sakinin əl işləri xeyli maraqlıdır.

Tikintidə fəhlə kimi çalışsa da yağlı boya ilə çəkdiyi əsərlər peşəkarlardan fərqlənmir.

Salyan rayonun II Varlı kənd sakini Əliyusif Pənahovun rəssamlığa marağı kiçik yaşlarından başlasa da nə bu sahədə ali təhsil ala, nə də müəllim yanına gedə gedib. Dediyinə görə peşəkar şəkillər çəkməyi yalnız bu sahə ilə bağlı jurnallara baxmaqla oyrənib.

Əliyusifi əksər əsərlərini bəyənən dostlarına hədiyyə edib. Bu isə onun emalatxana əvəzi istifadə etdiyi otağındakı şəkillərin sayını heç də azaltmayıb. Onun yüksək fantaziyası sayəsində hər gün yeni əsərlərin ideyası yaranır və beləliklə kətan üzərində rəsmə çevrilir.

Təkcə bir otaqda yığılmış bu əl işlərini o cəmi 5 aya çəkib. Son günlər ərsiyyə gətirdiyi "Qurumuş ağaclar" kompazisiyasını özünün şah əsəri hesab edir.

Əliyusif Pənahovun ən böyük arzusu öz şəxsi emalatxanasını qurmaq və orada sərgiyə çıxarılacaq yeni-yeni əsərlər ərsiyyə gətirməkdir.




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 25-06-2017, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma