Xəbər lenti
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına məhdud sayda media nümayəndələri buraxılıb. Həmçinin bəzi televiziya kanallarının da məhkəmə zalında iştirakına icazə verilib.
E.Həsənovun vəkili Adəm Məmmədov buna etiraz edib. Etiraz qəbul edilməyib.
Prosesin davamında Eldar Həsənovun anket məlumatları dəqiqləşdirilib.
Vəkillər E.Həsənovun şüşə qəfəs arxasından çıxarılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.
E.Həsənov barəsində seçlmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.
Vəsatətə E.Həsənov da münasibət bildirib: "Heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupunun rəhbəri Əliheydər Qarayevin işidir. Mən həbs olunana qədər 7 dəfə əməliyyat olunmuşdum. Həkim müayinəsi barədə istəklərimiz rədd edildi. DTX-nın vicdanlı, ləyaqətli əməkdaşlarının köməyilə hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Həkimlər məni müayinə eləməyə gəldi. İstintaq təcridxanasında tibb otağı olduğu halda, görüş otağında müayinə etdilər.
1 il 20 gündür həbsdəyəm. Bundan sonra da nə qədər ömrüm varsa, mübarizəmi davam etdirəcəyəm. Hakim, prokuror qarşısına çıxmağa hazıram. Ölkə başçısından ədalət, məhkəmədən ədalətli qərar gözləyirəm.
Bu bina əvvəl Ali Məhkəmənin binası idi. Buraya müxtəlif statuslarda gəlmişəm. İkinci dəfədir ki, təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə deməyi özümə borc bilirəm ki, heç kim bilmir başına nə gələcək. Məni DTX-nın hospitalına gətirdilər ağır vəziyyətdə. Ertəsi gün gəldilər ki, prokurorluq deyir, istintaq materiallarını mənə təqdim eləməlidilər. İstintaq materialları stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Səhhətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum".
Prosesin bu hissəsində digər jurnalistlər də zaldan çıxarılıb.
Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənov ittihamları qəbul etmir.
Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyib. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.
Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar