Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
Tədris ilinin başlamasına az zaman qalıb. Adətən, belə günlər təhsil müəssisələrində işlərin şıdırğı getdiyi mövsüm hesab olunur.
Ovqat.com-un məlumatına görə, ölkəmizdəki şagird və müəllim kontingentinin mühüm hissəsi paytaxtımızın payına düşür.
Belə ki, ötən tədris ilinin rəsmi statistikasına inansaq, ölkə üzrə ümumilikdə 4440 məktəbdə 1 milyon 574 min 206 şagird təhsil alıb. Həmin şagirdlərin 500 minə yaxını isə paytaxtda məktəbə gedib. Bu da şagirdlərin ümumi sayının hardasa 1/3-i deməkdir.
Bundan əlavə, Azərbaycanda orta təhsil müəllimlərinin də 19%-ə yaxını Bakı məktəblərində dərs deyir. Belə ki, rəsmi statistikaya görə, ötən tədris ilində orta məktəblərdə çalışan müəllimlərin sayı 144 min çivarında idi. 2019-2020-ci tədris ilində Bakı məktəblərində 27 192 müəllim gələcək nəsillərimizin təlim və tərbiyəsi ilə məşğul olub. Yəqin ki, ötən il də Bakı müəllimlərinin sayı təxminən eyni qalıb, bu il də çox dəyişilməyəcək.
Ən əsası isə hər tədris ilində 120 min şagird ilk dəfə məktəb qapısını açır. 2019-2020-ci tədris ilində Bakının ümumi təhsil məktəblərində I sinifə gedənlərin sayı 45 637 nəfər idi.
Sözsüz ki, bu qədər böyük kütlənin sənədlərinin hazırlanması, məktəblərə yerləşdirilməsi böyük zəhmət tələb edir və xüsusilə məktəblərin açılmasına az qalmış təhsil şöbələrinin başını qaşımağa vaxtı olmamalıdır. Zira əksər hallarda dərs proqramındakı dəyişikliklərlə maraqlanan, işi dolaşığa düşən müəllimlər, uşaqlarına məktəb seçimində məsləhətə ehtiyac duyan valideynlər, orta ixtisas müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər və s. tədris ilinə bir neçə gün qalmış müvafiq qurumlara üz tuturlar. Tədris ili ərəfəsində ölkəmizdə ən çox qapısı döyülən müəssisə isə adətən Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) olur.
Bəs, görəsən, BŞTİ tədris ilinin bu ağır həftəsini necə başa vurur?
Zənnimizcə, sualın ən yaxşı cavabı aşağıdakı foto-şəkildə öz əksini tapıb. Ən çox insanların üz tutduğu təhsil müəssisəsi kimi tanınan idarə öz qapısından böyük bir elan lövhəsi asıb – “Qəbul yoxdur”, vəssəlam.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar