Xəbər lenti

“Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.



Ana səhifəyə qayıt        Baxış: 3 430          Tarix: 24-03-2022, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma