Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
“Bacarığımız olsaydı, ən azından Xocalı soyqırımını dünyaya elə çatdırardıq ki, Eleni kimiləri gəlib bizi ittiham etməyə cəsarət tapmazdılar”
Bunu MMP sədri Hafiz Hacıyev Avropa Parlamentinin deputatı Elena Teoxarusun “Azərbaycan uşaq ölümündən sui-istifadə edir”- sərsəm bəyanatına reaksiyasında bildirib.
H.Hacıyev deyir ki, onlar özləri Azərbaycanın düşdüyü bu vəziyyətdən sui-istifadə edirlər:
“Görəsən, yelenaların qızlarının, körpələrinin gəlib öz evində, öz həyətində başını kəssəydilər, yaxud güllələsəydilər, hansı reaksiyanı verərdi? Onda da ermənini indi olduğu kimi gözünün üstündə saxlayardılar? Hansı ki, ermənilər Azərbaycanda bu vəhşilikləri ediblər. Amma biz hələ heç nə edə bilməmişik. Hələ onlar bizə ATƏT-in, AŞPA-nın “nağıllarına” qulaq asdırırlar”.
Partiya sədri Azərbaycan xalqının ona qarşı törədilən qətliamlardan heç vaxt istifadə edə bilmədiyini deyib:
“Bacarığımız olsaydı, ən azından Xocalı soyqırımını dünyaya elə çatdırardıq ki, Eleni kimiləri gəlib bizi vicdansızcasına ittiham etməyə cəsarət tapmazdılar. Bu günə qədər torpaqlarımız işğal altında qalmazdı”.
O, eyni zamanda bu cür halları Azərbaycan xarici diplomatiyasının səriştəsizliyi, Avropa Parlamenti nümayəndələrinin bacarıqsızlığı ilə də əlaqələndirib:
“Təəssüf ki, belə hallara qarşı sərt cavab verən ciddi, cəsarətli diplomatımız yoxdur. Bir tərəfdən Rusiya XİN-i bizi erməniləri Bakıya buraxmadığımıza görə ittiham edir, bir tərəfdən ATƏT, Avropa Şurası Alxanlıda baş verən faciəyə laqeyd yanaşır, indi də Elena bu cür sərsəm bəyanat verir. Bizə onların ağzından vura biləcək dişli diplomatlar lazımdır”.
MMP sədri bildirib ki, ayağa qalxıb “ilanın başı”nı əzmədikcə, bundan həvəslənib ağıllarına gələni danışanlar çox olacaq:
“Nə qədər ki, içimizdəki nöqsanlar var, istər ölkə daxilində, istərsə də kənardan zəif görünəcəyik. Ona görə də bütün xalqımızı Prezidentin ətrafında sıx birləşməyə çağırıram”.(versus.az)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar