Xəbər lenti

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

APA-nın xəbərinə görə, bölmənin rəisi vəzifəsinin icrası, baş inspektor, polis mayoru Araz Əsgərliyə həvalə edilib.

12:24

Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur.



Ana səhifəyə qayıt        Baxış: 2 763          Tarix: 13-06-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma