Xəbər lenti

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxış etdi. 

Musavat.com-un məlumatına görə nazir bildirdi ki, qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Cari ilin ötən dövründə də bu müsbət dinamikanın davam etməsi müşahidə edilib. 

S.Şərifov qeyd edib ki, cari ilin beş ayı ərzində 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub: “Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 7,2 faiz, qeyri-neft sektoru üzrə isə ÜDM 11,4 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində artım olub. Belə ki, sənaye sahəsində 2,8 faiz, kənd təsərrüfatında 3,6 faiz, tikinti sektorunda 10 faiz, informasiya və rabitə sahəsində isə 14,8 faiz real artım müşahidə olunub”.

Maliyyə naziri bildirdi ki, 2022-ci ilin beş ayı üzrə dövlət büdcəsinin gəlirləri 11227,0 milyon manat proqnoza qarşı 12442,4 milyon manat və ya 1215,4 milyon manat (10,8 faiz) çox olub.

 S.Şərifovun bildirdiyinə görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlər 2706,6 milyon manat və ya 27,8 faiz çox olub: “Dövlət büdcəsinin gəlirlərinin 6353,4 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə isə daxilolmaların xüsusi çəkisi isə 51,1 faiz təşkil edib. 2022-ci ilin ilk beş ayında dövlət büdcəsinin xərcləri 10380,8 milyon manat proqnoza qarşı 10450,0 milyon manat - 100,7 faiz icra edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1083,8 milyon manat və ya 11,6 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsində 1992,4 milyon manat profisit yaranıb. Bu proqnoza qarşı 1146,2 milyon manat və ya 2,4 dəfə çoxdur”.



Ana səhifəyə qayıt        Baxış: 3 186          Tarix: 22-06-2022, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma