Xəbər lenti
 
 
Ordubad rayon Polis İdarəsinin sahə inspektoru Veysəl İbrahimovun oğlu xəstələnib. Atasının pulu olmadığına görə övladını müalicə etdirə bilməyib. Sonunda körpə həyatla vidalaşıb. 
 
Ovqat.com-a bu barədə məlumat Ordubad rayon Polis İdarəsindəki mənbələrdən daxil olub.
 
Məlumata görə, Veysəl İbrahimov rüşvət alıb rəhbərliyə vermədiyinə üçün 3 il onun rütbəsini artırmayıblar. Bu da polis məmurunun aşağı maaş alması ilə nəticələnib. Polis inspektorunun körpəsinin ölməsinin əsas səbəbi də bundan qaynaqlanıb.
 
Sonunda aldığı maaşla ailəsini düzgün qidalandıra bilmədiyini görən polis əməkdaşı istefa ərizəsi yazmağa məhkum olub. Dərd burasındadır ki, Naxçıvanda işdən ayrılan məmura Bakıda da iş vermirlər. Veysəl İbrahimovun acınacaqlı vəziyyəti bu gün də davam edir.
 
Aldığımız digər məlumatda isə bildirilir ki, uşağı atanın imkansızlığı yox, Ordubad rayon polis idarəsinin rəisi Əli Nəbiyevin “sərt idarəçiliyi” öldürüb.
 
“Veysəl müəllimin oğlunun əsl qatili Ordubad rayon polis rəisi Əli Nəbiyevdir. Belə ki, uşaq xəstələndiyi üçün Veysəl müəllim onu xəstəxanaya aparmaq üçün rəisdən icazə istəyib. Rəis isə ona icazə verməyib. Nəticədə uşaq yüksək dərəcəli qızdırmadan dünyasını dəyişib”, - məlumatda deyilir.
 
Biz Veysəl İbrahimovu bu məsələyə aydınlıq gətirməyə dəvət edirik. Onun uşağı niyə vəfat edib – imkansızlıqdan, yoxsa rəisin “peşə prinsipiallığından”? 
 
Veysəl İbrahimovun vəfat edən oğlunun ölüm səbəbi ilə bağlı aldığımız hər iki məlumat onu göstərir ki, bu məsum körpə atanın iş rejiminin qurbanı olub. Ata da bu haqsızlığa öz etiraz səsini ucaltmalıdır. Biz media qurumu olaraq Veysəl müəllimə səsini duyurması üçün bu imkanı yaratmağa hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 6 599          Tarix: 27-06-2022, 06:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma