Xəbər lenti

“Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır”.

APA xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bütün mənzillərin satışının ləğv edilməsi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, bir sıra şəxslər isə onlara müraciət etmiş şəxslərin seçimlərini daha tez etmək üçün xüsusi proqram təminatları hazırlayıblar: “Onlar artıq digər vətəndaşların mənzil seçmək hüququnu məhdudlaşdırıblar. Ona görə də ümumilikdə onlar dövlət qurumlarının da fəaliyyətinə maneçilik törədiblər. Xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”.

Aparat rəhbəri martın 30-da MİDA tərəfindən verilən açıqlamada sistemdə donma hallarının vurğulandığını qeyd edib: “Daha sonra isə biz sosial şəbəkələrdə yazılanlar və seçimlərin təhlili nəticəsində müdaxilə hallarının olduğunu müəyyən etdik. Bundan sonra araşdırma aparılması ilə bağlı açıqlama yaydıq".




Ana səhifəyə qayıt        Baxış: 254          Tarix: 8-07-2022, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma