Xəbər lenti

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, Bakı-Berlin aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus çamadan rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib.

Daha sonra sərnişin şifahi sorğu-sual olunub və çantanın içərisində 10 000 avro pul vəsaiti olduğunu bildirib. Yoxlama zamanı isə çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən şəffaf rəngli sellofan paketə bükülmüş vəziyyətdə 150 ədəd hər biri 200 avro nominalında pul əskinasları olmaqla, ümumilikdə 30 000 avro aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 2 712          Tarix: 16-07-2022, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma