Xəbər lenti

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bununla da, qurumun baş direktorlarınımn sayı 7-yə çatıb.

G.Paşayeva 1989-cu ildə Bakı şəhərində anadan olub.

2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə, 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.

Gülər Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlayıb. 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.

Bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub. Bu ilin iyul ayından isə Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin olunub.





Ana səhifəyə qayıt        Baxış: 3 841          Tarix: 22-07-2022, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma