Azərbaycanda sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi “Yaşıl sənin həyatının rəngidir” adlı layihəsini həyata keçirir.
Yol hərəkəti təhlükəsizliyi sahəsində müxtəlif əlaqədar dövlət qurumların iştirakı ilə maarifləndirmə və təbliğat işləri icra edilir. Belə ki, 19 sentyabr 2022-ci il tarixindən Xəzər FM (103.00) radioda həftədə 5 gün saat 15:00-dan 16:00-dək “Diqqət Piyada!” veriliş efirdə yayımlanıb.
Bundan əlavə layihə çərçivəsində daha bir aktual “Avtomobillərdə uşaq təhlükəsizliyi” mövzuya toxunaraq “Təhlükəsizliyi qucaqla” adlı sosial çarx hazırlanıb. Avtomobil idarə edən valideynlər arasında uşaq avto-oturacaqlarını təbliğ etmək məqsədilə maarifləndirmə kampaniyalar keçiriləcək.
Ölkənin bu sahədə olan mütəxəssisləri iştirakı ilə gənclər üçün təlim keçiriləcək, ən aktiv iştirakçı mükafatlandırılacaq.
Yeniçağ.az
Paylaş: