Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.
APA xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı Oxu.Az olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
“Report”un məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.
Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.
Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.
Paylaş: