Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.
APA xəbər verir ki, nazirliyinin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan olunub.
İlkin Nəsibovun bu maddə üzrə təqsiri sübuta yetirilərsə, onu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail Rayon Məhkəməsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.
Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.
Paylaş: