Xəbər lenti


Gəncədə polislərlə müharibə iştirakçıları arasında insident yaşanması ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, qazilərin Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşdığı və burada etiraz etdikləri bildirilib. İddialara görə, qazilərdən biri özünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, bu gün bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb: “Onlara icra hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb. Bundan sonra həmin şəxslər heç polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar. Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb”.




Ana səhifəyə qayıt        Baxış: 3 392          Tarix: 29-11-2022, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma