Xəbər lenti

 

Naxçıvanda Vasif Talıbov “öz xoşuyla” istefaya göndərdikdən sonra bir çox strukturlarda kadr islahatları baş verdi. Hüquq-mühafizə və məhkəmə sistemləri də “xan” kadrlarından təmizlənən orqanlar arasında idi. Hər kəs bu dəyişikliklərdən sonra Muxtar Respublikada “qurq quzu ilə otlayacağını” düşünüb az qala bayram edirdi.

 

Üzərindən hardasa 11 ay keçməsinə baxmayaraq, Naxçıvandan redaksiyamıza ünvanlanan şikayət məktublarının ardı-arası kəsilmir. Ən çox şikayət edilən orqanların başında isə yenə hüquq-mühafizə orqanları gəlir. 

 

Adının açıqlanmasını istəməyən Naxçıvan sakinlərindən birinin şikayəti isə özgədən yox, öz doğma qardaşındandır. Şikayətçinin iddiasına görə, qardaşı Muradov Elnur Məhhərrəm oğlu Naxçıvan şəhər polis idarəsində mühüm bir vəzifədə işləyir. O, vəzifə səlahiyyətindən istifadə edib atasından qardaşına çatan mirası mənimsəyib. Şikayətçinin bütün dövlət orqanlarına müraciətinə isə hələ də obyektiv baxan yoxdur.

 

Naxçıvanda məhkəmə-hüquq sistemindəki mövcud vəziyyətə işıq tutduğunu nəzərə alıb Ovqat.com-a ünvanlanan məktubu olduğu kimi yayımlayırıq. Ümid edirik ki, Muxtar Respublikanın əlaqədar təşkilatları əslində onlara ünvanlanmalı olan bu şikayət məktubuna müvafiq cavab verəcək və biz də o cavabı da Siz dəyərli Oxucularımızın diqqətinə çatdıracağıq.

 

“Gününüz xeyir,  Heydər bəy! 

 

2017-ci ildə atamın vəfatı ilə bağlı olaraq Almaniyadan qısa müddətliliyinə Azərbaycana qayıtdım və qardaşım Muradov Elnur Məhhərrəm oğlu miras ilə bağlı sənədlərin hazırlanması üçün ona ümumi etibarnamə verməyimi istədi. Vəkil tutmağı təklif etsəm də qəbul etməyib özünün  edəcəyini bildirdi, buna görə də etiraz etməyib ümumi etibarnamə verdim. 2019-cu ildə hərbi xidmət ilə bağlı geri qayıtdım və bundan sonra qardaşlarım ilə aramda mübahisələr yarandı. Bundan sonra mirasdan payımı istədim, lakin qarşı tərəf qanunsuz şərtlər qoyub açıqca mülkdən mənə pay verməyəcəyini, lakin mənə lazım olanda müəyyən qədər pul verəcəyini qeyd etdi. 

 

Evini (bir ev Naxçıvanda, bir ev Bakıda), toyunu, maşınını, hətta işinin atam tərəfindən edildiyi halda yazılı vəsiyyətnamaənin olmamasından və bəzi qanunsuz hərəkətlər vasitəsilə mirası dolayı yolla mənimsəmişdir. İşi ilə bağlı açıqca “mən polis olmaq istəmirdim, ata 10.000 manat danışıb vermişdi, dedi, özün bilərsən.” 

 

Etibar edilən şəxs öz adına yaxşılaşdırma edə bilməyəcəyi üçün atamın adındakı olan mülkləri iki şəhadətnamə ilə anamın adına keçirmiş, Reyestirdə 2V-49 nömrəli vərəsəlik şəhadətnaməsindəki obyekti və pulu (pul ABB-ın Naxçıvan filialında atamın adında depozitdə idi) öz adına keçirmiş, lakin mənə çatmalı olan ev ilə (Reyestırda 2V-48 nömrəli vərəsəlik şəhadətnaməsində olan) bağlı heç bir şey etməmişdir. Bununla yanaşı anamın adında olan atamdan qalan avtoservisi (1200 m kvadrat) faktiki olaraq 30.000-35.000 manat qiymət müəyyənləşdirərək bağışlama adı ilə xanımının adına keçirmişdir.

 

Polis məmuru olduğu üçün müraciət etdiyim orqanlardan ona bildirildiyini açıqca etiraf etdi, hətta Naxçıvan şəhər Prokurorluğuna müraciət etdikdə “90% mülki, 10% cinayət tərkibi olduğunu” dedikləri halda tərkibində cinayət tərkibi olmayan AR Mülki Məcəlləsinin 1157-ci və 1274-cü maddələri ilə məhkəməyə müraciət etmək hüququm qeyd edilib qeyri-rəsmi formada isə qarşı tərəfə bildirildi. Bildirildikdən sonra razılığım olmadan mənə çatmalı olan pulun sadəcə bir qismini mənim adıma keçirərək və dükandan mülkiyyət hüququ əvəzinə sadəcə kira haqqının və satıldıqda pulun bir qisminin mənə verilməsi ilə bağlı notaryusda təsdiq olunmuş sənəd verərək etibardan sui-istifadə edərək əmlakın mənimsənilməsi  əvəzinə mirasda pay bölgüsü ilə bağlı normalara qeyri-qanuni yönləndirilmişdir.

 

AR Qanunvericiliyinə görə bir şəxsin adında olan mülklər bir şəhadətnamə ilə vərəsələrə keçir, atamın adında olan mülklər iki şəhadətnamə ilə anamın adına keçib (hətta atamın bağladığı müqavilə ilə onun adında olan yeni tikilidə olan bina evi ilə bağlı heç birində qeyd yoxdur, çünki o ev ona çatmayacaqdı); 10.000 rüşvət verilərək işə daxil olunması; etibarnamədən sui-istifadə edərək əmlakları tamamilə mənimsənilməsi; bağışlama adı ilə əmlakı dəyərindən çox aşağı qiymətə xanımının adına keçirilməsi; dövlət orqanlarına müraciət edikdə qanunsuz şəkildə qarşı tərəfə bildirilməsi; qeyri-qanuni şəkildə mövcud pozuntunun ört-basdır edilərək cinayət tərkibindən mülki normaya çevrilməsi ilə bağlı AR Prezdentinə, AR Vitse-Prezdentinə, AR DİN, AR Baş Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, AR Prezdentinin Naxçıvandakı Səlahiyyətli Nümayəndəsinə və bir çox orqanlara müraciət edikdə ya cavab verilmədi, ya da ki Naxçıvandakı orqanlara geri göndərildi və onlar da mülki xarakterli məsələ olduğunu qeyd etdi. NMR Ombudsmanı səlahiyyəti çərçivəsində olmadığını bildirdi. NMR Ali Məhkəməsi cavab məktubundan məhkəmə nəzarəti qaydasında şikayəti olmadığı üçün narazılığım ilə bağlı məhkəməyə müraciət edə bilməyəcəyimi bildirdi. Cinayət işi başlamadıqları üçün cinayət işinin başlanmasından imtina olunması ilə bağlı qərar qəbul edilməsi üçün AR Baş Prokurorluğuna müraciət etdikdə yenidən Naxçıvan şəhər Prokurorluğuna yönləndirilmiş və 3 dəfə eyni cavab verilmiş və əlavə olaraq inzibati aktın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmək hüququm qeyd edilib.

 

NMR DİN-də ikinci dəfə (nazirin qəbulunda ilk dəfə) olduqda vəzifəli şəxslər (dövlət işçiləri) ilə bağlı cinayət işinin prokurorluq tərəfindən başlanıldığı, əgər hər hansı bir polis məmuru ilə bağlı cinayət işi başlanıldıqda müvafiq tədbirlərin görüləcəyi bildirildi və bundan sonra şikayətim ilə bağlı NMR Prokurorluğuna yönləndirildim. NMR Prokurorluğunda cinayət xarakteri müəyyən edilmədikdə prokurorun cavab məktubu ilə kifayətlənə biləcəyi, 50 dəfə də şikayət daxil olsa, eyni cavabın veriləcəyi, prokurorluq tərəfindən maddənin qeyd olunmasının əbəs olduğu və sadəcə mülki qaydada məhkəməyə müraciət edilməsinin bildirilməsinin kifayət olduğu və bununla yanaşı vəkil tutmağım təklif olundu. Son iki müraciətimdə “Vətəndaşların müraciəti haqqında” AR Qanununa əsasən aşağı orqan ilə bağlı narazılıq olduqda və ya şikayət olduqda yuxarı orqanın aşağı orqana şikayəti geri göndərə bilməyəcəyini və yuxarı orqan tərəfindən baxılmalı olduğunu bildirdiyim halda şikayətimin yenidən NMR Prokurorluğuna göndərilməsi ilə bağlı 14.11.2023-cü il tarixində məktub aldım (Məktub 04.11.2023-cü il tarixində göndırilib; Sənədin nömrəsi: 23-172-01-02-004610). 

 

16.11.2023. tarixində Baş Prokurorluq yazdığım şikayət ilə bağlı NMR Prokurorluğu Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsindən  İstintaqa nəzarət bölməsinə yönləndirməklə kifayətlənmişdi. Bununla yanaşı 04 noyabr 2023 tarixli şikayətim ilə bağlı 16.11.2023 tarixli Naxçıvan şəhər Prokurorluğunun cavab məktubunda Mülki Məcəlləsinin 1157. və 1254. maddələri və İnzibati aktın etibarsızlığı ilə bağlı ( İnzibati İcraat haqqında qanun 65. Maddə). Lakin ümumi etibarnamə 1 il sonra müddəti bitdiyi üçün etibarsızdır. İnzibati akt etibarsız olmasa belə, inzibati aktdan sui-istifadə olunması və əmlakın tamamilə mənimsənilməsi cinayət xarakterinə təsir etmir.

 

AR Ombusdmanına müraciət etdikdə prokurorun qərarından yuxarı prokurorluğa və ya məhkəməyə müraciət etməyim bildirdildi, lakin ortada qərar yoxdu, bunu şikayətimdə qeyd etdiyim halda yenidən bildirdim, lakin heç bir nəticəsi olmadı. Baş Prokurorluq da Naxçıvana geri göndərir, hətta AR Qanunvericiliyinə görə əgər orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı müraciət ünvanlanırsa, şikayət həmin orqana göndərilə bilməz.

 

Cavab məktubların heç birində izah yoxdur, sadəcə olaraq mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququm qeyd edilir və heç bir orqan səlahiyyəti çərçivəsinə qəbul etmir. Prokurorluq orqanları isə ancaq cavab məktubu və aşağı orqana göndərmək ilə yola verir. 

 

Artıq şikayətimin hüquq müstəvisində (hüquqşunas olduğum halda) həll oluna bilməyəcəyini inanmadığım üçün bu şikayətimi ictimailəşdirməyinizi sizdən xahiş edirəm.

 

Təşəkkürlər”.




Ana səhifəyə qayıt        Baxış: 6 329          Tarix: 22-11-2023, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma