Xəbər lenti

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.

Bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.




Ana səhifəyə qayıt        Baxış: 1 804          Tarix: 26-11-2023, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma