Xəbər lenti

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, rəsmilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

09:46

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.

Oxu.Az bildirir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi Hikmət Hacıyev, digər dövlət və hökumət rəsmiləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərəm Vəliyev, daxili işlər naziri Vilayət Eyvazov, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.





Ana səhifəyə qayıt        Baxış: 3 982          Tarix: 12-12-2023, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma