Xəbər lenti

Paytaxtın "Yeni Yasamal" yaşayış massivində qeyri-yaşayış obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmə rəisi baş leytenant Tural Zahidov deyib.

"FHN 112 qaynar xəttinə sözügedən ünvanda yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal Yanğından Mühafizə bölmələri əraziyə cəlb olunub. Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina və mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 899          Tarix: 19-12-2023, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma