Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Xəbər verdiyimiz kimi, Naxçıvan MR-in rəsmi mətbu orqanının sabiq Baş redaktoru Tural Səfərovu “kiçik torpağ”a dəvət edib qolunu qandallayıblar.
Ovqat.com-un bir öncə gün qələmə aldığı bu məlumata rəsmi dövlət qurumları hələ də cavab verməyib.
Jurnalistin yoldaşı isə Moderator.az-a verdiyi məlumatda faktı təsdiqləyib və Tural Səfərovun 4 ay müddətində azadlıqdan mərhum edildiyini bildirib. İddiaya görə, Tural Səfərov Naxçıvan hakimiyyətinin israrlı tələblərindən sonra 16 iyun 2021-ci il tarixində Muxtar Respublikaya gedib. Elə həmin gün də onu həbs ediblər.
Jurnalistə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi - dövlət məmurunu təhqir etdiyi ittihamı ilə cinayət işi açılıb. Naxçıvan hüquq-məhkəmə sisteminin təhqir elementi hesab etdiyi fakt isə mayin 18-də facebook səhifəsində paylaşılan status olub. Əldə etdiyimiz məlumata görə, sözügedən statusu özü üçün dəhşətli təhqir olaraq qiymətləndirən Naxçıvan aeroportunun rəhbəri Mənşur Gülməmmədli mayın 21-də jurnalisti məhkəməyə verib. Naxçıvan şəhər məhkəməsi olduqca operativ qaydada şikayətə baxıb və 25 may 2021- ci ildə hazırlıq və ilk baxış iclasını keçirib. İki gündən sonra 27 may 2021 – ci il tarixində növbəti baxış iclası olub. Bunların heç birindən isə Tural Səfərovun xəbəri olmayıb.
Daha sonra Tural Səfərovla danışıqlar aparan Muxtar Respublika rəhbərliyi ilk əvvəl həmin statusu sildirib, beləcə, “cinayət” hadisəsinin “əşyayi-dəlil”ini ortadan qaldırıblar. Ardınca onu Naxçıvana məhkəməyə çağırıblar. Hətta ona onlayn vasitəsilə bileti də özləri alıb və bildiriblər ki, ya xoşluqla özün gəl, ya da arxanca polis göndərərik. Əlacı hər yerdən kəsilən jurnalist Naxçıvana gedib. Ümidi, təbii ki, Naxçıvan aeroportunun rəisi ilə barışmaq olub. Amma necə deyərlər, sən saydığını say, gör Naxçıvan xanı nə sayır. Təyyarədən Naxçıvan şəhərinə enən kimi Turalın qoluna qandal vurub təcridxanaya salıblar.
Sual oluna bilər: Tural Səfərov həmin statusunda nə yazıbmış ki, bu, Muxtar Respublikada ən böyük təhqir hesab olunub?
Yuxarıda da qeyd etdiyimiz kimi, Muxtar Respublika rəhbərliyi Tural Səfərova bu statusu sildirib “əşyayi dəlil”i ortadan qaldırdığından sözügedən suala cavab verməyi imkansız hala gətiriblər. Ən azı, öz aləmlərində. Amma unudublar ki, lazım gələndə zamanın kilidini qırmaq imkanına malik olan Ovqat.com var və yerin deşiyindən də olsa həmin statusu ortaya çıxara bilər. Olmaya siz də şəkk edirsiniz? Elədirsə, buyurun bu da sizə həmin başı bəlalı statusun foto-şəkili.
Göründüyü kimi, jurnalist Naxçıvan aeroportunun kiçik bir korrupsiya faktını aşkarlayıb və onu inkaredilməz dəlillərlə paylaşıb. Statusda hər hansı təhqiredici sözdən istifadə etməyib. Bütün bunlara baxmayaraq, Naxçıvan Muxtar Respunlikası rəhbəriliyi bəlkə də indiyədək heç kimin cəzalandırılmadığı bir maddə ilə - Cinayət Məcələsinin 147-ci maddəsinin 1-ci bəndinə əsasən Tural Səfərovun həbsinə qərar verib. Həmin maddədə ən ağır cəza isə 6 ay müddətinə azadlıqdan məhrumetmədir. Belə görünür ki, jurnalistə 2 ayı keçməklə ən ağır cəza verilib. Halbuki, onun ən adi jurnalist araşdırmasından fərqlənməyən əməlinə bu maddənin daha yüngül cəzaları da tətbiq oluna bilərdi.
Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—
min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—
min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Naxçıvan bu maksimalist mövqeyi Tural Səfərova qarşı qərəzli davranıldığını təsdiqləyir. Bəs bu qərəzin arxasında hansı qisas motivləri dayanır?
Zənnimizcə, bu suala ilk yazımızda irəli sürdüyümüz bəzi faktlar və arqumentlərlə kifayət qədər aydınlıq gətimişdik. Yenidən həmin iddiaları yada salırıq:
Mənbəmizin iddiasına görə, aeroportla bağlı tənqidi status əslində Tural Səfərovu həbsə aparan bəhanədir. Həbsin əsl səbəbinin isə daha dərin qatları var. Belə ki, Tural Səfərov “Şərq qapısı” qəzetinə rəhbərlik etdiyi dövrlərdə - 2017-ci il 21 fevral tarixində Mehriban xanım Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunur. Tural Səfərov da rəsmi sayt rəhbəri kimi həmin xəbəri manşetdən verir. Bu “özbaşınalıq” Naxçıvan MR-də birmənalı qarşılanmır. Tural Səfərovu o zamanlar Naxçıvan Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov yanına çağırıb danlayır. Ona xanım barədə bir daha bu cür təbliğedici materiallar dərc etməməyi məsləhət görür. İkili arasında mübahisə çıxır və Tural Səfərov tutduğu vəzifədən azad olunur.
Maraqlıdır ki, qeyri-rəsmi çəkildə işdən uzaqlaşdırılan Tural Səfərovun yeri hardasa iki ay boş qalır. Nəhayət, onun yerinə adam tapılır və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talibovun 17 aprel 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri Mehriban Paşa qızı Sultanova qəzetin rəhbərliyinə gətirilir.
Muxtar Respublikada öz hüquqları uğrunda mübarizə nəticə verməyincə Tural Səfərov Bakıya gəlir və baş verənləri ən yuxarı instansiyaya çatdırır. Yuxarı instansiyalar məlumatı araşdırır və Tural Səfərovun haqlı olduğu müəyyənləşdirilir. Məhz bundan sonra mərkəzi hakimiyyətin Sərəncamlarına qarşı üsyan kimi dəyərləndirilən bu hadisənin dərhal cəzalandırılması Naxçıvan MR qarşısında birmənalı tələb kimi qaldırılır. Məlumata görə, Muxtar Respublikanın uzun müddət bu tələb qarşısında ayağını yerlə sürüməsi paytaxtın səbr kasasını doldurur və sonunda muxtar iradə döşəyə dəsmal atmalı olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də imzaladığı Sərəncamla Əli Həsənov da tutduğu vəzifədən kənarlaşdırılır. Başqa sözlə desək, “xan”ın xanıma hörmətsizliyinin ikinci günah keçisi də Əli Həsənov olur.
İddialara inansaq, elə vaxtdan bəri Tural Səfərovu cəzalandırmaq üçün jurnalistin fəaliyyətində “quş” axtaran Naxçıvan MR hakimiyyəti sonunda bəhanəni tapır. Tural Səfərov məxfi məkan barəsində “dövlət sirrini” yaydığına görə dünən kiçik torpağa çağırılaraq qandallanır. Bu da xanıma qarşı nəzakətsizliyin 3-cü keçi qurbanı kimi Muxtar Respublikanın müasir tarixinə düşəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar