Xəbər lenti

Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hazırda məzarlıqda tapılan qalıqların ətrafında qazıntı işləri davam etdirilir. Qalıqların daha çox olacağı ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb.





Ana səhifəyə qayıt        Baxış: 2 808          Tarix: 8-02-2024, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma