Xəbər lenti

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında mərhum deputat Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib.

O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq.

08:58

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib”.

Bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzəpir məscidində baş tutacaq.

08:50

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

08:24

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

APA xəbər verir ki, o bu gün 76 yaşında dünyasını dəyişib.

Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və sosial siyasət komitəsinin sədri olub.




Ana səhifəyə qayıt        Baxış: 2 853          Tarix: 17-04-2024, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma