Xəbər lenti

 

Bu haqqda jurnalist Cavanşir Həsənli öz facebook hesabında paylaşıb. 7news.az olaraq siyahını olduğ kimi sizin diqqətinəzə çatdırırıq. Hadı Rəcəbli 5 çağırış Milli Məclisin deputatı, uzun illər Sosial siyasət komitəsinin sədri olub.

Üç il əvvəl "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ" ordeni ilə təltif edilib.
Düzdür, təvazökarlıq edib, gizlədib, amma yenə də onun 25 illik deputatlıq fəaliyyəti dövründə "vətənə göstərdiyi xidmətlər"in reyestr çıxarışlarını təqdim etmək istərdim.
Təbii ki, siyahı tam deyil.

1. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

2. "MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

3. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

4. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

5. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

6. "VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Rüstəm Rəcəbovdur.\\ 7news.az









Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 18-02-2020, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma