Xəbər lenti

ca-irnews.com, 05.02.2018

 

İranın Xəzər dənizindəki maraqları “Şimal-Cənub” nəqliyyat dəhliziylə bağlıdır. İranın Rusiya ilə münasibətlərinin strateji inkişafı üzrə analitik mərkəzinin rəhbəri Mustafa Azərian “Irasieh” İA ilə fikirlərini bu cür bölüşür. Analitik hesab edir ki, “İİR-in Xəzər hövzəsi dövlətlərdən biri kimi bölgədə öz geopolitik, geoiqtisadi və geostrateji maraqları var. Bunların hamısı, böyük hesabla, Rusiyanın da maraqlı olduğu “Şimal-Cənub” dəhlizinin gerçkləşməsiylə bağlıdır. Bu cür dəhliz Süveyş kanalı üzərindən dəniz ticarət yoluna layiq alternativ ola bilər” – xəbərlər xidməti sitat gətirir. Və İran ekspertinin baxış nöqtəsini şərh edir.

M. Azərian müsahibədə, hər şeydən əvvəl, vurğulayır: Xəzəryanı ölkələrin Xəzər akvatoriyası üzrə mübahisəsinin uğurlu həlli üçün məhdudiyyət zonalarının razılaşdırılması və uyun sazişin imzalanamsı lazımdır.

 

Böyük ümidlər dənizi

 

Analitik mərkəz rəhbərinin fikrincə, Xəzər dənizinin coğrafi yerləşmə üzündən həm İran, həm də Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan üçün mühüm strateji dəyəri var. Onların ərazi mübahisəsinin predmeti 371 min kv.km su səthi sahəsinə malik olmaqla dünyanın ən böyük qapalı göllərindən birini təmsil edir.

İnformasiya agentliyinin həmsöhbətinin qeyd etdiyi kimi, xüsusən də “Bu ekosistem təkcə bölgə ölkələri üçün deyil, həm də bütünn dünya üçün böyük önəmə malikdir. Xəzərin önəmini hələ 1904-cü ildə məşhur ingilis coğrafiyaçısı və Oksford universitetinin professoru Helford C. Makkinder öz nəzəriyyəsində arqumentləşdirib. Onun konsepsiyası klassik Qərb geopolitikası və geostrategiyası üçün çıxış nöqtəsi olub”.

Azərianın sözlərinə görə, Xəzərin sıradakı üstünlükləri var:

1. Bitkilərin yüksək rəngarəngliyi, 700-ə yaxın heyvan və 900-dən çox balıq növü;

2. Dünya kürü həcminin  90%-ə yaxını bu dənizdə hasil olunur;

3. Bölgənin  rütubətli dəniz iqlimi burada kənd təsərrüfatının inkişafına şərait yaradır ki, bu da bu gün dünyada müşahidə olunan su resursları və iş yerlərinin çatışmazlığı şəraitində xüsusən aktualıdır;

4. Dənizin dibində və sahilyanı zolaqda 20 mindən çox neft quyusu var. Bunlar yekunda dünya neft ehtiyatlarının 25%-dən çoxunu ehtiva edir. Mütəxəssislərin proqnozlarına görə, bu, 40 milyard barrelə qədər təşkil edir;

5. Sərnişin və yük daşımalarının dəniz yolları qismində təəssürat yaradan imkanlar.

Ekspert həmsöhbətinin diqqətini yuxarıda sadalanan bəndlərdən sonuncusuna yönəldərək qeyd edir: gölün akvatoriyası mal və enerji resurslarının Avropadan Asiyaya və əksinə nəqlində dəhlizə çevrilmək   üçün gərəkən hər şeyə malikdir və bölgə ölkələri iqtisadiyyatının inkişafına çox şərait yarada bilər.

Ekspert qeyd edir ki, Qırmızı, Oman və Xəzər dənizlərinin sahillərinə çıxış problemi uzun illər boyu dünyanın ən böyük mal istehsalçılarının diqqətini cəlb edib. Şimali Avropadan Rusiya və İran üzərindən Xəzərboyu Fars körfəzi sahilyaxası ölkələrə, Hind okeanı və Cənubi Asiyaya tranzit marşrutunun yaradılması həmişə prioritet vəzifələr sırasında olub.

Azərian vurğulayır: “İran, Rusiya və Hindistanın hələ 2000-ci ilin sentyabrında nəqliyyat dəhlizinin yaradılması üzrə imzaladığı Yol Xəritəsinə əsasən “Şimal-Cənub” Avropa və Asiyanı birləşdirən ən mühüm ticarət marşrutu ola bilər. Ekspertlərin hesablamalarına görə, bu cür yol hazırda bölgədə fəaliyyətdə olan dəniz tranzitindən, demək olar, iki dəfə qısa və maya dəyəri 30% ucuzdur. Lakin bu cür ideyanın gerçəkləşməsi üzrə tərəflərin niyyətinin ciddiliyi haqda sual meydana çıxır”.  

Onun fikrincə, layihənin gerçəkləşməsi üçün Xəzərdə güvənliyin qorunması problemi də az önəmli deyil: Qafqazla Mərkəzi Asiya arasında strateji baxımdan əlverişli akvatoriyanın yerləşməsi iki dünya dövləti – ABŞ və Rusiyanın burada gəmiçilik yollarına nəzarət imkanı uğrunda mübarizəsini şərtləndirir. 

Ekspertin xüsusən məlumatlandırdığı kimi, “beynəlxalq konvensiyalara əsasən, Xəzər şelfi boyu (qitənin 200 metrəyə qədər dərinlikdə sualtı davamı-tərc.) sərhədlərin demarkasiyası üzrə bütün tədbirlər sahilyanı dövlətlər tərəfindən görülməlidir. RF və İranın bu məsələ üzrə qərarlar alınmasını tənzimləyən cəmi üç sazişi var – tərəflərin sələflərinin 1828, 1921 və 1940-cı illərdə imzaladıqları müqavilələr. Bu sənədlərin hər biri dəniz akvatoriyasında başqa heç bir dövlətin gəmilərinin varlığını nəzərdə tutmur. Lakin onların hamısı sazişlərlə nəzərdə tutulan şərtlərlə razılaşmır” – xəbərlər xidməti İran analitikinin sözlərini sitat gətirir.

 

Xəzəryanı dövlətlərin konvensiyası niyə lazımdır?

 

Mustafa Azərian həmsöhbətini habelə bir sıra Xəzəryanı dövlətlərdə hüquqi statusun tənzimlənməsi prosesində müşahidə olunan müəyyən süründürmələr haqda da məlumatlandırır. Bu, xüsusən də bununla bağlıdır ki, İran dəniz hüquqları üzrə Beynəlxalq Konvensiyanın üzvü deyil. Buna görə də sənədin 76-cı maddəsi – “Qitə şelfinin  müəyyən edilməsi” – ona yayılmır.

İran və qonşuları arasında Xəzər akvatoriyasında məsafə olmadığından 10-cu bənddən savayı (“Hazırkı maddə qitə şelfinin əks və bitişik sahillərdəki dövlətlər arasında demilitasiyası məsələsinə toxunmur”) sözügedən maddənin 1-9-cu bəndləri ilə nəzərdə tutulan tələbləri indiki halda tətbiq etmək olmaz.

“Bu maddəni də İrana tətbiqedilməz saymaq mümkündür, çünki digər bir çox ölkələr də bu sənədə qoşulmayıb. Əgər üzvlük halında bu dövlətlərin şərtləri onu tətbiq edə bilməyəcəkləri şəklindədirsə, onda iddia etmək olar: hazırkı maddənin bəndləri beynəlxalq norma sayıla bilməz. Bu səbəbdən hazırkı sənədi adi beynəlxalq qayda kimi hesab etməyə gərək yoxdur”.  

Azərian yuxarıda göstərilənlərdən  çıxış edərək yekun vurur ki, Xəzəryanı beş dövlət dəniz sərhədlərinin demilitasiyası haqda anlaşmaya hələ nail olmayıb. Buna görə də bu durumda Xəzər dənizi akvatoriyasından istifadə rejimi haqda ayrıca Koncvensiyanın imzalanmasına nail olmaq məntiqlidir.

İran eksperti yekun vurur: “Bu qayda ilə 76-cı maddənin 10-cu bəndində bu proses üçün konkret şərtlərin olmadığı nəzərə alınsa, dəniz zonası sərhədlərinin müəyyən edilməsində bunu etmiş dövlətlər arasındakı təcrübəni xatırlamaq lazımdır. Uyğun olaraq beynəlxalq məhkəmə prosedurları və dənizyanı müxtəlif dövlətlərin məhdudlaşdırılmasında özəl praktika çərçivəsində sərhədə bitişik ölkələrin sərəhd hüdudlarının müəyyən edilməsində ümumi prinsiplər hazırlamağı gərəkdir”.

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 6-02-2018, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma