Mişel Qoldberq
“The New York Times”, 24.02.2020
“NY Post” qəzetinin yazdığına görə, ABŞ rəsmiləri Berni Sandersə Rusiyanın, 2016-cı ildə olduğu kimi, demokratların mübarizəsinə müdaxilə etməyə çalışdığı barədə məlumat veriblər. Vladimir Putinin motivlərini təsəvvür etmək çətin deyil.
Rusiya liberal demokratiyalarda xaos və parçalanma yaratmağı hədəfləyir, buna görə də, çox vaxt həm sağçı, həm də solçu fiqurları dəstəkləyir. Rusiyanın təbliğat şəbəkəsi RT-nin Amerika Yaşıllar Partiyasında 2016-cı ilin prezident debatına ev sahibliyi etməsinin səbəbi də eynidir.
Bundan əlavə, Rusiyanın Donald Trampa yatırdığı sərmayə çox yaxşı nəticə verib və bir çox Amerika ekspertlərinin qeyd etdiyi kimi, onun rəhbərləri Sandersin Trampın ən zəif rəqibi olacağına inanır.
“Sanders demokratların namizədi olarsa, onda Tramp Ağ Evdə qalacaq”. Bunu Dmitri Medvedevin keçmiş müşaviri Yuliya İoffe bildirib.
Lakin Rusiyada Amerika seçkilərinin necə keçiriləcəyi ilə bağlı hər hansı bir xüsusi fikir yoxdur və hazırda bəzi sorğular Sandersin həm ilkin, həm də ümumi seçkilərdə qalib gələcəyini göstərir.
Bir çox əsəbi liberalları kimi, sorğulardakı rəqəmlərin yanılacağından narahatam. Lakin onlar doğrulsalar və Sanders prezident olarsa, Putin təəssüflənə bilər.
Trampdan fərqli olaraq, Sanders Rusiya üçün kukla olmayacaq. Demək olar ki, istənilən demokrat-prezident Putinin bütün dünyaya ixrac etmək istədiyi avtoritar kleptokratiya üzərində qələbəni təmsil edəcək. Sanders avtokratların talançı xarici siyasətinə əleyhdarlıqda rəqibindən daha irəli gedib.
Bunu unutmamaq vacibdir, çünki söhbət Rusiyadan getdikdə, bir çoxları Tramp və Sanders arasında təhqiramiz müqayisə aparmağa çalışır. Anti-Trampçı mühafizəkar Evan MakMallin “Tvitter”də yazıb: “Berni Sanders demokratların Donald Trampıdır. Kremlin dəstəklədiyi namizəd. Moskva ona rəğbət bəsləyir”.
Tramp administrasiyası da belə görüntü yaradır ki, guya Rusiya Sandersi dəstəkləyir. Bu həftəsonu “ABC News”-da Trampın milli təhlükəsizlik üzrə müşaviri Rusiyanın Sandersin 2020-ci ildə qalib gələcəyini görməkdə maraqlı olduğunu iddia edib: “Bəli, Berni Sandersin prezident seçilməsini istədikləri barədə məlumatlar var. Heç bir sürpriz yoxdur. Moskva bal ayına hazırlaşır”.
Əlbəttə, doğrudur ki, bəzən Sanders kommunist rejimlərinə rəğbət ifadə edir. Lakin Rusiya neçə onilliklərdir kommunist deyil; Putinə və digər despotlara, o cümlədən stalinist dəli Kim Çen Ina əl uzadan Sanders deyil, məhz Trampdır. Sanders, əksinə, hesab edir ki, Amerikanın xarici siyasəti “yeni avtoritar ox” adlandırdığı qütbə qarşı olmalı, demokratiyanın genişlənməsinə yönəldilməlidir.
“Hazırda ABŞ-da və dünyada çox böyük bir nəticəyə səbəb olacaq mübarizə gedir, – deyə Sanders 2018-ci ildəki bir çıxışında bildirib. – Biz iki rəqib dünyagörüşün mübrizəsidir. Bir tərəfdən, dünyada avtoritarizmə, oliqarxiyaya və kleptokratiyaya doğru getdikcə artan bir hərəkəti görürük. Digər tərəfdən, demokratiyanın, eqitalitarizmin, iqtisadi, sosial, irqi və ekoloji ədalətin gücləndirilməsi istiqamətində bir hərəkəti”.
Sanders militarist deyil, amma təcridçi də. Amerikan Tərəqqi Mərkəzinin baş əməkdaşı və özünü anti-Rusiyaçı hesab edən Elizabet Uorren tərəfdarı Maks Bergman deyib: “Əgər o, vəzifədə olsaydı və həmin xarici siyasət yürütsəydi, bu, Vladimir Putinin ziyanına olardı”.
Taleyin istehzası: Sanders karyerası boyunca Amerikanın təməl məsumluğu mifinə qoşulmaqdan boyun qaçıraraq ABŞ-ın xarici siyasətini dəfələrlə tənqid edib. Ancaq Trampla yarışda Amerikan müstəsnalığını təmsil etməlidir. 2017-ci ildə o bildirib: “Yer üzündəki ən varlı və ən güclü bir xalq olaraq, gücə deyil, qanuna əsaslanan beynəlxalq nizamı qorumaq və genişləndirmək üçün mübarizəni aparmağa kömək etməliyik”.
Əlbəttə, Putin qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa meyllidir. Əksər məlumatlara görə, alternativlərə inamı məhv etməkdənsə, öz sisteminə iman gətirtməkdə maraqlanır. O, liberal demokratiyanı hakimiyyət uğrunda “içiboş şüar” adlandırır.
Bu layihədə Tramp şüurlu bir Rusiya aktividirsə, kimsə Putinin maraqlarına ondan daha yaxşı xidmət edə bilməz. Trampın rəhbərliyi altında ABŞ demokratiya və insan haqlarını dəstəkləmək bəhanələrindən imtina edib, yəni xarici işlərin mərkəzində əxlaqı irəli sürmə iddiası yoxdur.
Bu dövrün dəhşəti təkcə avtoritarizm oxunun ortaya çıxması deyil, əksinə, müttəfiqlərin çox az olmasıdır.
Sanders prezident seçilsə, bu dəyişə bilər. Onun yüksəlişi avtoritarizmin inkişaf etdiyi korroziyalı kinçiliyə zərbə ola bilər. Amerika bütün irqlərdən olan gənclərin plutokratiyadan, millətçi demaqogiyadan, Putin kimi kişilərin liberalizmi diz çökdürmək üçün istifadə etdiyi vasitələrdən daha güclü olduğunu göstərən bir kampaniyanı aparan ölkə olacaq.
Dünyadakı gənc idealistlər üçün Amerika – bunu deməyə cəsarət etdim – yenə də əla ölkə olacaq.
Çoxşaxəli sosial demokratiyanın qurulması dövrümüzün ən böyük siyasi çağırışlarından biridir. Yer üzündəki azsaylı xalqlar, heterogen populyasiyalarda möhkəm bir ictimai sferanı qorumaq üçün lazım olan həmrəyliyi necə yaratmaq lazım olduğunu anlayıblar. Putin liberalizmi sosial dağılma formasına bənzətmək üçün demoqrafiyası dəyişən ölkələrdə qəbilə qorxusunu artıran bu çətinlikdən istifadə edib.
Trampı bir yəhudi sosialisti ilə əvəz etmək üçün kifayət qədər amerikalı irqi xətlər boyunca birləşsələr, bu, ölkəmizin illiberalizmə necə keçəcəyini anlamına gələ bilər. Sandersin bunun öhdəsindən gələ biləcəyinə inanmaq hələ də çətindir. Lakin o, bunu bacarsa, Putini uzun müddət məmnun olmayacaq. Strateq.az
Paylaş: