Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) Azərbaycan Respublikası Təhsil Qanununa müvafiq olaraq Təhsil Nazirliyinin tabeliyində olan yerli orqan kimi həmin nazirlik və rayon (şəhər) icra hakimiyyəti tərəfindən yaradılır.
Lakin neçə illərdir ki, Rayon Təhsil Şöbələri yerli icra hakimiyyətlərinə tabe şəkildə fəaliyyət göstərir. Bu məsələ bir çox hallarda müzakirə edilsə də,ortaq nəticə hələ ki, əldə edilməyib.
AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri məsələnin çox ciddi olduğunu və onun həllinin tezliklə tapılmasının vacibliyini qeyd ediblər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov məsələ ilə bağlı fikirlərini bildirib:
“RTŞ-lərin icra hakimiyyətlərinə tabe olması Azərbaycan təhsilinə heç bir müsbət nəticə verə bilməz. Rayon Təhsil Şöbələri Təhsil Nazirliyinə tabe olmalıdır. Çünki ölkənin təhsil siyasəti TN-yə taşırılıb. İcraçı strukturu Təhsil Nazirliyi yox, yerli icra hakimiyyətidirsə, bu zaman ikihakimiyyətlilik yaranır. Belə idarəçilikdən heç zaman xeyir görmək olmaz. RTŞ-lər TN-nin sərəncamları əsasında fəaliyyət göstərməlidilər. Onlar təhsilə mane olmamalı və ona qarışmamalıdılar. Lakin bacardıqları qədər kömək edə bilərlər. Təhsili ikinci və üçüncü dərəcəli işlərə cəlb etmək olmaz. Təhsil müəssisəsi müqəddəs yer kimi ziyarət olunmalıdır. Necə ki, icra hakimiyyətləri bunları etmir, ona görə də təhsildən yaxşı şeylər gözləmək olmaz.
Biz İctimai Şura olaraq nazirliyin qarşısında bu məsələni qaldırmışıq. Təhsil Nazirliyində o qədər problemlər var ki, hər nazir o problemlərin yalnız gözə görünən hissəsi ilə məşğul ola bilir. Gözə görünməyən hissəsi ilə məşğul olamağa isə vaxtları olmur.
Emin Əmrullayevlə hələ ki, canlı şəkildə görüşə bilməmişik, yalnız onlayn qaydada iclasımız olub. Təhsil nazirinin müşavirinə təklif etmişəm ki, bizim canlı görüşümüzü təşkil etsin. İnşallah, görüş zamanı bu məsələni də qaldıracam”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov məsələnin ciddiliyini vurğulayıb:
“Rayon (şәhәr) tәhsil şöbәsi (idarәsi) haqqında Əsasnaməyə əsasən Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) Azərbaycan Respublikası Təhsil Qanununa müvafiq olaraq Təhsil Nazirliyinin tabeliyində olan yerli orqan kimi həmin nazirlik və rayon (şəhər) icra hakimiyyəti tərəfindən yaradılır. Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ sənədlərinə və bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Tәhsil şöbәsinin (idarәsinin) vәzifәlәri vә funksiyalarına əsasən səlahiyyətləri daxilində dövlətin təhsil siyasətini həyata keçirmək, təhsil qanunvericiliyinin icrasını təmin etmək kimi vəzifələr daxildir. Göründüyü kimi təhsil şöbələri eyni zamanda həm də yerli icra hakimiyyətlərinin bir strukturu olaraq fəaliyyətlərini davam etdirməkdədirlər, necə ki, demək olar ki, eynilə sovet dönəmində təhsil şöbələri el arasında “Rayispolkom” adlanan Rayon İcraiyyə Komitəsinin bir şöbəsi olduğu kimi. Lakin bu hal heç də əsas vermir ki, yeli icra hakimiyyət orqanları təhsil şöbələrinin və tabelikdə olan təhsil müəssisələrinin işlərinə yerli-yersiz müdaxilələr etsin və bu da haqlı narazılıqlara səbəb olsun. Hər yuxarı idarəetmə qurumunun təhsillə bağlı konkret funksiyalar var və bununla bağlı səlahiyyətlər çərçivəsi gözlənilməlidir. Təhsil sahəsindəki çoxillik pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır.
Yeri gəlmişkən bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə də yenidən baxılması zəruridir. Hər halda uşaq bağçalarının əvvəlki tək Təhsil Nazirliyinin tərkibinə qaytarılması ilə bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar.Təhsil sahəsində hər hansı bir struktur dəyişikliyi və yenilik nəzərdə tutulduğu halda, hesab edirəm ki, təhsildə varislik və fasiləsilik prinsiplərininin təmini baxımından ilk növbədə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasından başlanılmalıdır. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul sayıla bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar