Xəbər lenti

 

Braziliyada kitab oxuyanların sayının artması üçün olduqca maraqlı layihə hazırlanıb.

Ovqat.com xəbər verir ki, səlahiyyətlilər ölkənin ən böyük nəşriyyatı ilə müqavilə bağlayaraq metro kartı kimi istifadə edilməsi mümkün olan xüsusi kitablar nəşr etdiriblər.

İlk mərhələdə on müxtəlif kitabdan 10 minlik kolleksiya hazırlanıb. Həmin buraxılışda kitabların ölçüsünün kiçik olmasına diqqət edilib. Metro stansiyalarında əhaliyə paylanılan kitabların hər birinə 10 gediş haqqı yüklənib. Həmin kitablara internet vasitəsilə hyenidən gediş haqqı yükləmək mümkün olacaq.

San-Paulu şəhərində başlayan layihənin yaxın zamanda ölkənin digər şəhərlərini də əhatə edəcəyi gözlənilir. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 18-09-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma