Xəbər lenti

 

Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.

Söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı bu maraqlı kitab mağazasından gedir.

Biznes universitetinin məzunu olan Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir.

Ziya Balıyev insanların kitabların olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir. 

Onun fikrincə belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın./XəzərTV/




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 17-08-2017, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma