Xəbər lenti

Tarixçilər ingilis kraliçanın nəsil-şəcərəsinin İslam peyğəmbərinə (s.) gedib-çıxdığını iddia edirlər. Vindzor ailəsinin şəcərə ağacının 43 nəsil geri qaytardıqdan sonra bu nəticə alınır.

Strateq.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu iddiaya görə, hz.Rəsulullah (s.) ingilis hökmdarının ulu əcdadır.

İlk dəfə 1986-cı ildə “Burker’s Peerage” leyborist təşkilatı tərəfindən nəşr olunmuş bu hesabat bir Mərakeş qəzetində təkrarən işıq üzü görüb.

Bulgilərə görə, II Elizabetin əcdadı olan Kembric qrafı 14-cü əsrdə müsəlman İspaniyasının xəlifəsi və Peyğəmbərin (s.) qızı Fatiməyə (s.ə.) qədər kökə malikdir.

Tarixçilərin mübahisələrinə baxmayaraq, erkən orta əsr İspaniyanın qeydləri də iddianı dəstəkləyir və Misirin keçmiş müftisi Əli Cüməə tərəfindən də bu iddia təsdiqlənib.

Kraliçanın XIII əsrdə, xristianlığı qəbul etməzdən öncə Sevilya şəhərindən qaçan Zeyda adlı bir müsəlman şahzadə əcdadı var.

Zeyda Sevilyada xəlifə Əl-Mötəmidin dördüncü arvadı olub. Onun övladları sonradan Kembric qrafı ilə ailə qurublar.

 




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 7-04-2018, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma