"Dağlar qızı Reyhan" mahnısı bir zamanlar ən çox dinlənilənlərdən idi. Elə indi də dillər əzbəridir. Ancaq çox az adam bu mahnının Reyhan adlı qıza həsr olunduğunu, hüznlü bir hekayə əsasında bəstələndiyini bilir.
Uzun illərdən bəri dillər əzbəri olmuş, Azərbaycanın xalq mahnısı "Dağlar qızı Reyhan" gözəl və qəhrəman bir qıza həsr olunub.
1918-ci il mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə erməni daşnaqları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib üstünə nəcis yaxır. Bu yolla canını vəhşi daşnaqlardan zorla qurtara bilir. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə yenə də ermənilər tərəfindən "antisovet" damğası vurularaq, güllələnməyə məhkum edilir.
Onu güllənmədən Mir Cəfər Bağırov xilas edir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir.
1953-cü ildə "Sevil" operasının təqdimatı yalnız şair və bəstəkarın birgə işi deyil, həm də Rəşid Behbudovun opera səhnəsində debütü olur.
Onlar 1959-cu ildə yenidən bir araya gələrək, bir çox ifaçıların repertuarlarının bəzəyi olacaq "Reyhan" mahnısı üzərində çalışırlar.
Mahnını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib. muxalifet.az
Paylaş: