Xəbər lenti

 

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

“Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb”, – deyə ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mayk Pensbildirib.

O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

Sentyabrın 1-də bildirilirdi ki, Texasda naməlum şəxs Midlend  Odessa şəhərləri arasındakı magistral yolda onun avtomobilini saxlamış polis əməkdaşına atəş açıb. Cinayətkar sonra Odessanın küçələrində dinc vətəndaşlarıgüllələməyə davam edib.

Polis zabitləri ilə atışma zamanı cinayətkar zərərsizləşdirilib. Hücum nəticəsində 5 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb. /Report




Ana səhifəyə qayıt        Baxış: 324          Tarix: 3-09-2019, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma