Xəbər lenti

 “Müsəlman olaraq üzərimizə tökülən ölü torpaqlardan hələ də qurtula bilməmişik”.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 35-ci İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin toplantısında deyib.
Ərdoğan bildirib ki, İslam aləmi bir divarın kərpicləri kimi bir-birinə kilidlənmədiyi müddətdə asanlıqla manipulyasiya olunacaq.
Prezident BMT-nin strukturunu da tənqid edib: “İslam aləminin öz gələcəyi üzərində azad şəkildə qərar vermək və tətbiq etmək ixtiyarı yoxdur. Diqqət edin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin içində bir müsəlman ölkəsi yoxdur. Bu ədalətsiz sistemin davam etməsi mümkün deyil. Hər şey beş daimi üzvün, hətta onlardan birinin dodaqlarının arasındadır. Onlar nə deyirlərsə, odur. Qurumun beş daimi, on beş müvəqqəti üzvü var. Müvəqqəti olanların içində bir-iki müsəlman ölkəsi var. Lütfən, özümüzü aldatmayaq. Öncə özümüzə inanaq. Bosniyada, Suriyada, Ruandada yaşananlara çarə tapa bilməyən BMT problemlərə həll tapa bilməz. Biz müsəlman ölkələri olaraq əsrimizin ədalət müdafiəçiləri olmalıyıq”.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 27-11-2019, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma