BMT Təhlükəsizlik Şurasının İranda keçirilmiş etirazlara həsr olunmuş iclası bu orqanın səlahiyyətlərinə daxil deyil.
“Report” xəbər verir ki, bunu cümə günü İslam Respublikasının BMT yanındakı daimi nümayəndəsi Qulaməli Hoşru deyib.
"Təəssüf ki, bir neçə üzvün müqavimət göstərməsinə baxmayaraq, Təhlükəsizlik Şurası ABŞ-a bu meydandan öz məqsədləri üçün istifadə etmək və bu orqanın səlahiyyətlərini aşan iclası keçirmək imkan verdi. Bu, TŞ-nin öz real funksiyalarını yerinə yetirməməsinin bir nümunəsidir", - deyə iranlı diplomat bildirib.
O qeyd edib ki, ABŞ İranın tamamilə daxili işi olan məsələlərə təsir etməyə cəhd göstərməklə, TŞ daimi üzvlüyü səlahiyyətlərindən sui-istifadə edir. Hoşru qeyd edib ki, İran hakimiyyətinin vətəndaşların hüquq və azadlıqları çərçivəsində həll etməyə çalışdığı daxili problemləri, ən mühüm beynəlxalq təhlükəsizlik orqanının müzakirə mövzusu ola bilməz.
Paylaş: