Xəbər lenti

Guya 44 gündür “blokada”da qalan hayklar Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kəndi ərazisindən yeni məhəllənin tikintisini davam etdirirlər.

Yenisabah.az xəbər verir ki, bu haqda News.am məlumat və video-görüntü yayıb.

Qondarma “Lratvakan” şirkətinin tikdiyi evlər əsasən Şuşa, Hadrut və s. ərazilərdən köçmüş hayklar üşün nəzərdə tutulub.

Xatırladaq ki, separatçı rejim hələ 2022-ci ilin sentyabrından Rusiya “sülhməramlı”larının nəzarəti altında Naxçıvanlı kəndindən işğal altındakı Xankəndi şəhərinə yeni yol da çəkməyə başlayıblar.

Zəruri arayış və xatırlatma:

Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçib.

1991-1992-ci illərdə Naxçıvanlı kəndi dəfələrlə əldən-ələ keçmiş, onlarla Azərbaycan oğlu bu məntəqə uğrundakı döyüşlərdə şəhid olmuşdur...

Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rəsmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır...




Ana səhifəyə qayıt        Baxış: 3 243          Tarix: 24-01-2023, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma