Xəbər lenti
28-09-2025, 14:24

İran xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorka səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Görüş zamanı Əraqçı bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəaları oktyabrın 18-də qüvvəsini itirəcək və həmin tarixdən etibarən sənəd ləğv olunmuş hesab edilməlidir.

Abbas Əraqçı ABŞ və Avropa üçlüyünün bu qətnamə çərçivəsində hərəkətlərini "qanunsuz" adlandırıb və BMT baş katibindən iranlı diplomatlara qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün konkret tədbirlərin görülməsini tələb edib.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma