Xəbər lenti
Dünən, 22:41

 

Mədədə qıcqırma, turşuluğun artması zamanı biz əksər hallarda həkimlə məsləhətləşmədən qıcqırma əleyhinə preparatları qəbul edirik.

Bir çox ailələrdə belə dərmanlar dərman qutusunda daim saxlanılır və yerli-yersiz istifadə olunur. Lakin son elmi araşdırmalar göstərir ki, "ziyansız" zənn etdiyimiz bu dərmanlar heç də belə deyillər.

Tibdə bu dərmanlar "proton pompası inhibitorları" (PPİ) adlandırılır. Bu dərman qrupuna çox populyar omeprazol, ezomeprazol, lansoprazol və s. aiddir. Bu preparatlar bir çox həzm sistemi xəstəliklərinin müalicəsində (qastrit, xora xəstəliyi, duodenit, reflüks ezofagit və s.) istifadə olunur.

Xarici mətbuatın məlumatına görə, Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, PPİ qrupuna aid olan dərmanların çoxlu sayda ciddi yanaşı təsirləri var: ürək və böyrək xəstəlikləri, sınıqlar və pnevmoniyanın riskinin artması və s.

Ən təhlükəlisi isə odur ki, uzun müddət ərzində qəbul olunduqda bu preparatlar vaxtından tez ölümün riskini 25% artırır.

Yalnız ABŞ-da bu dərmanı 50 mln.-dan çox insan qəbul edir və alimlərin fikrinə görə, bir çox insanlar bu preparatlardan sui-istifadə edir ki, bu da onlarda ölüm riskini artırır.

Mütəxəssislər belə dərmanları yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi və qıcqırma ilə mümkün qədər digər üsullarla (qidalanmada dəyişikliklər etməklə, siqaret çəkməkdən imtina etməklə və s.) mübarizə etməyi tövsiyə edirlər. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 551          Tarix: 11-07-2017, 21:44      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent