Xəbər lenti
Dünən, 19:25

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 01 avqust 2018-ci il

 

Suriyaya yeni nizam gətirilməsi üçün ABŞ-la anlaşaraq, “əsas oyunçu”olan Rusiya maraqlı addımlar atır.

Prezident Ərdoğanla Yohannesburqda görüşən Putin, bu görüşdən sonra bəzi önəmli məsələlərin yenidən müzakirəsinə ehtiyac olduğuna qərar verərək, Prezident Trampı Moskvaya dəvət edib.

 

Çox önəmli məsələlər var

 

Ağ Ev də dəvətin alındığını və Moskvada zirvə görüşünə müsbət baxıldığını təsdiqləyib.

İki ölkənin müvafiq qurumlarının bir müddətdir üzərində çalışdığı “Böyük Suriya anlaşması”nın ana xətləri Helsinkidə keçirilən zirvə görüşündə müzakirə edilmişdi.

Hər iki lider bu anlaşmanın müzakirə edilməsinin Vaşinqtonda davam etdirilməsi barəsində həmfikir olmuşdular.

 

Əslində Tramp dəvət edirdi

 

Əslində Prezident Tramp Putini sentyabr ayında Vaşinqtona dəvət etmək istəyirdi. 

Ancaq Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton xüsusi prokuror Müllerin apardığı “Rusiya istintaqı”nın davam etdiyi bir vaxtda bunun xətalı olacağını və bu dəvətin istintaqın bitməsindən sonra – 2019-cu ildə reallaşmasının daha doğru olacağını söylədi.

Bundan sonra Tramp hazırlıqları başa çatmış sentyabr sammitini təxirə salmağa məcbur oldu.

Ancaq hər iki lider də bəzi məsələlərin təcili olaraq müzakirə edilməli olduğu və o qədər uzun müddət ərzində gözlənilməməsi barəsində də anlaşmışlar.

Bu səbəblə, Putin həmlə etdi və Trampı Moskvaya dəvət etdi.

Burdakı qaynaqlar, böyük bir problem yaranmazsa, bu il bitmədən öncə sammitin reallaşmasının gözləndiyini söyləyirlər.

Bu zirvə görüşündə Türkiyə baxımından həyati önəmi olan məsələlər müzakirə ediləcək.

Fərat çayının şərqi ilə bağlı Əsəd rejimi ilə görüşlər keçirən YPG-nin atdığı addımlar və İdlib məsələsi iki liderin gündəliyində olacaq.

Bu üzdən o zirvə görüşü öncəsində Prezident Ərdoğanın Putinlə keçirdiyi hər görüş çox önəmlidir, bunlar da Vaşinqton tərəfindən yaxından izlənilir.

 

Bu ziyarət önəmlidir

 

Çərşənbə günü ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı (o, eyni zamanda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır – tərc.) ordu generalı Körtis Skaparotti Ankarada olacaq və Suriya ilə bağlı görüşlər keçirəcək. (Səfər artıq dünən baş tutub-red.)

Ordu generalı Skaparotti Pentaqon daxilində Türkiyənin önəmli olduğunu müdafiə edən ən güclü şəxsdir. Daha öncə onun sadəcə Türkiyənin önəmini anlatmaq üçün Müdafiə naziri Mattislə görüşdüyünü və “Bizim əsl evliliyimiz Türkiyə ilədir. YPG olsa-olsa bir məşuqədir”dediyini yazmışdım.

Suriyanın gələcəyində Türkiyənin oynayacağı rol məsələsində Vaşinqtondakı ən böyük müttəfiqimiz bu general ola bilər.

ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı Skaparotti Suriyada YPG ilə əməkdaşlığı müdafiə edən CENTCOM komandanı Vottel ilə də görüş ayrılığı yaşamaqdadır.

Müdafiə naziri Mattis ordu generalı Skaparottinin görüşlərini hörmətlə dinləyir, amma özü də CENTCOM əsilli bir hərbçi olduğundan, Pentaqondakı Türkiyə debatlarında Vottelə qarşı mövqe tutmaqda çətinlik çəkir.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 2-08-2018, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma