Xəbər lenti
Dünən, 19:25

“Mrekelin Cənubi Qafqaza səfərinin nəticələrindən nəsə sensasiyalı irəliləyiş gözləməyə dəyməz”.

Bu sözləri politoloq, Almaniya Xarici Siyasət Şurası yanında Bertold Beyts adına Mərkəzin direktoru Aleksandr Rar deyib:  “Bu, Avropanın qeyri-rəsmi liderinin Aİ-nin daim diqqətində olan, Avropayla əməkdaşlıq etmək istəyən ölkələrə, problemlərin olduğu regiona səfəridir. Angela Merkel hadisələrlə, proseslərlə yerindəcə tanış olmaq istəyir”.

A.Rar həmçinin A.Merkelin regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri barədə fikirlərini bölüşüb: “Heç kim bu münaqişənin dondurulmasını istəmir. Bu, çox köhnə və çox təhlükəli münaqişəsidir. Onun konkret həll yolu yoxdur. Hesab edirəm ki, Angela Merkel bu problemin mövcud vəziyyəti ilə tanış olacaq. Amma hansısa dəyişikliklər üçün… yeni beynəlxalq ittifaqlar yaratmaq lazımdır”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfərə çıxıb. O, avqustun 25-də Azərbaycana gələcək. Danışıqların əsas mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də enerji məsələləri olacağı gözlənilir. (Report)

 




Ana səhifəyə qayıt        Baxış: 351          Tarix: 24-08-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma