Xəbər lenti
27-11-2024, 19:25

Sarkis Artsruni

1in.am”, 08 oktyabr 2018 – ci il

 

Bəzən gərgin daxili siyasi inkişaf kontekstində xarici siyasi gündəliyə aid əsas məsələlər diqqətimizdən kənar qalır. Hətta onlarla əlaqəli tutarlı informasiya olsa belə.

Nikol Paşinyan bu yaxınlarda parlament saatında rəsmi İrəvanın mövqeyinə aydınlıq gətirərək növbəti dəfə KTMT və Azərbaycanın mümkün əməkdaşlığına toxunub. müşahidəçi və ya hər hansı başqa statusda Azərbaycanın KTMT ilə mümkün əməkdaşlığına toxunan Nikol Paşinyan belə bir rəsmi prosesin olmadığını deyib. “Bu barədə yazılar, söhbətlər var və bu məsələ ilə bağlı Ermənistanın mövqeyi çox dəqiqdir. Bir neçə dəfə bu mövqeyni səsləndirmişəm. Bilirsiniz ki, belə məsələlər konsensus əsasında həll edilir və təbii, yaranmış hərbi-siyasi vəziyyətdə bu mövzu ilə əlaqədar danışmağın mənası yoxdur, çünki Ermənistan onun yaşayış məntəqələrini atəşə tutan dövlətin heç vaxt əsas hərbi-siyasi təşkilatımıza üzv və ya heç olmasa müşahidəçi olmasına razılıq verməyəcək”, – baş nazir qeyd edib.

Ermənistan hökumətinin məsələni bu şəkildə dəqiqləşdirməsi, sözsüz, Moskva və Bakı arasında mümkün bazarlıq imkanını xeyli məhdudlaşdıracaq vacib addım hesab edilir.

Digər tərəfdən, hesab edirik ki, Azərbaycanın KTMT-yə üzvlük məsələsi real siyasətin gündəliyində yoxdur və bu mövzu Ermənistan hökumətinin davranışını nəzarət altında saxlamaq məqsədilə əsasən rus siyasətçiləri və təbliğatçı dairələr tərəfindən irəli sürülür.

Bakını çoxvektorlu xarici siyasətini yenidən nəzərdən keçirməyə məcbur edəcək Azərbaycanın təhlükəsizlik mühitinə heç bir təhdid yoxdur. Azərbaycan diverfikasiya edilmiş münasibətlər sayəsində öz təhlükəsizliyini təmin edir. Nəinki Rusiya ilə, eyni zamanda Türkiyə, İsrail və Pakistanla da xüsusi əməkdaşlıq qurur.

Çoxları etiraz edə bilər ki, KTMT-yə qoşulmaq Azərbaycanın müqayisədə daha əlçatan qiymətlərlə Rusiyadan silah əldə etməsinə icazə verəcək. Əlbəttə, bu, tutarlı arqumentdir. Digər tərəfdən, KTMT-ə üzvlük və ya bu təşkilatlda müşahidəçi statusu Azərbaycanın hərbi-siyasi əməkdaşlıq coğrafiyasını xeyli məhdudlaşdıracaq ki, bu da Bakının xarici siyasət gündəliyinə heç bir şəkildə uyğun gəlmir.

Yayılmış digər arqumentə əsasən, Azərbaycanın mümkün KTMT üzvlüyü Qarabağ problemindən asılıdır. Başqa sözlə, Bakı guya Ermənistan tərəfinin taktiki üstünlüyünü neytrallaşdırmağa çalışır. Bu arqument heç bir tənqidə tab gətirmir, çünki Azərbaycanın KTMT daxilində maraqları onun iştirakı olmadan da təmin olunur. Bütün məsələlərdə Qazaxıstan, bir çox hallarda Belarus da Azərbaycanın maraqlarına lobbiçilik edir. Və belə bir qeyri-adi vəziyyət yaranıb: formal müttəfiqlərin çevrəsində Ermənistan Azərbaycanla müqayisədə daha az dəstəklənir.

Bütün bu amillər göstərir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərini xarici siyasətini formal öhdəliklərlə buxovlamayan ikitərəfli və çoxtərəfli meydanlarla qurmağa üstünlük verir.

Yeri gəlmişkən, maraqlıdır ki, ötən çərşənbə axşamı parlamentdə Paşinyana Azərbaycan və KTMT arasındakı münasibətlər barədə sual ünvanlanmasa da, baş nazir bu məsələdə İrəvanın mövqeyini dəqiqləşdirmək istəyib. Ermənistanın baş naziri ölkənin KTMT ilə münasibətlərinə diqqət ayırması daha məntiqli olardı, üstəlik, artıq gələn həftə Yuri Xaçaturov təşkilatın baş katib vəzifəsindən geri çağırılacaq və hələ heç bir təminat yoxdur ki, generalı Ermənistandan bir başqa nümayəndə əvəzləyəcək. Bundan başqa, Moskvanın rəsmi və ekspert çevrələri açıq mesajla bildirirlər ki, KTMT-də baş katib vəzifəsi Belarusa keçəcək.

Azərbaycan üçün KTMT-də Ermənistanın maraqlarına bu şəkildə etinasız münasibət, təşkilatda müşahidəçi statusu almaqdan daha vacibdir. Biz hətta istisna etmirik ki, Rusiyanın hakim dairələri ilə əlaqəli ekspertlər yalançı gündəlik vasitəsilə baş katib vəzifəsinin Ermənistandan başqa ölkəyə ötürülmə məsələsini həll etmək üçün Azərbaycanın KTMT-yə mümkün üzvlük mövzusunu qəsdən ortalığa atırlar.  Başqa sözlə, təxribatçı formul qüvvədədir: Moskva Azərbaycanın KTMT-yə üzvlük və ya müşahidəçi statusu ilə bağlı məsələdə Ermənistanın mövqeyini dəstəkləyib, əvəzində İrəvan  KTMT-yə yeni baş katib postuna öz nümayəndəsini təyin etmək fikrini israr etməkdən “minnətdarlıqla” imtina etməlidir. Başqa sözlə, Moskva Azərbaycan “təhdidi” ilə İrəvanın davranışını idarə olunan edir. (Xpressa.net)

 




Ana səhifəyə qayıt        Baxış: 274          Tarix: 9-10-2018, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma