Xəbər lenti

 
 
30 illik təcrübəsi olan nevroloq Emilia Qreçanik rus dilində danışdığına görə qazax millətçiləri tərəfindən kamera qarşısında üzr istəməyə məcbur olunub.
 
Ovqat.com xəbər verir ki, qazaxıstanlı həkimin özü bu barədə “RT” telekanalına bildirib.
 
Telekanalın Telegram səhifəsində iddia olunur ki, Qreçanikə iş yerində bir qadın ona zəng  edib, o isə qadından rusca danışmasını istəyib. Hər şey də bundan sonra başlayıb. 
 
"Mənə rus dilində danışmağa haqqımın olmadığını, Qazaxıstan vətəndaşı olduğumu və buna bənzər bəzi sözlər dedi. Halbuki, Qazaxıstanda dövlət dili qazaxca, millətlərarası ünsiyyət dili isə ruscasıdır. Biz iki dildə də işləyirik ... Yalnız soruşduğum şey identifikasiya nömrəsini rus dilində istəməyim idi”, - həkim belə deyib. 
 
Qreçanik ona edilən təxribat xarakterli olduğunu düşünür və bu vaxta qədər başına belə bir hadisənin gəlmədiyini bildirib.
 
Bu hadisədən sonra blogger Kuat Əhmədov İnternetdə Qreçanikin üzrxahlığının səs yazısını yayımlayıb və bildirib ki, həkim öz xəstəsini rus dilində danışmağa məcbur edir. 
 
"Özüm bu qərarı vermədim (kamera qarşısında üzr istəməyi). Düzünü desəm, məcbur oldum. O (bloqqer Kuat Əhmədov) dedi ki, üzr istəməliyəm ... Ona dedim: "Yaxşı, siz deyən olsun, əgər bunu istəyirsənsə, rus dilində üzr istəyəcəyəm". "Xeyr, qazax dilində üzr istəyəcəksən" dedi”, - həkim başına gələnlərdən bəhs edərkən bildirib.
 
Nevroloq bloggerin onu prokurorluqla təhdid etdiyini və hadisəyə görə iş yerində töhmət aldığını da vurğulayıb.

Videonu bu linkdən izləyə bilərsiniz
 
Telekanalın iddiasına görə, “Til Maydani ("Dil meydanı") hərəkatının təsisçilərindən olan Kuat Əhmədov bunu Qazaxıstan Respublikasının Milli Dil haqqında qanununun tətbiqinə nail olmaq üçün etdiyi bildirib.
 
Rəhbərlik etdiyi hərəkatın üzvləri Qazaxıstanda dükan və restoranlara sözdə basqınlar təşkil edir və işçilərdən yalnız qazax dilində danışmasını tələb edirlər. Blogger iddia edir ki, burada etnik nifrətə heç bir təhrik yoxdur, həm qazaxlara, həm də ruslara qarşı tələblər irəli sürülür. 
Əhmədov on ildir, bu cür fəaliyyətlə məşğul olduğunu boynuna. Di gəl ki, “o, 2017 -ci ildə VKontakte sosial şəbəkəsi vasitəsi ilə plastik pəncərələr sataraq reklamları yalnız rus dilində yerləşdirdi. Əhmədov müvafiq suala cavab vermək əvəzinə telefonu qapadıb”, - RT Telegram səhifəsi bu iddianı irəli sürür.
 
Məlumata görə, ötən gün Rusiya Dövlət Duması komissiyasının rəhbəri Vasili Piskarev qonşu ölkələrdə başqa millətlərdən olan insanların şərəf və ləyaqətini alçaldan hərəkətlərin meydana çıxdığını söyləyib. O, həmçinin bildirib ki, bununla əlaqədar olaraq, rusdilli əhaliyə nifrət və ya düşmənçilik münasibəti bəsləyən və ya Böyük Vətən Müharibəsi veteranlarını aşağılayan əcnəbilərin ölkəyə girişini qadağan edən qanun layihəsi hazırlanıb, yaxınlarda Dumanın müzakirəsinə veriləcək.
 
Xatırladaq ki, ötən həftə bənzər hadisə Qırğızıstanda baş vermişdi. Bir qırğız Bişkekdəki uşaq parkında onunla rusca danışan satıcı ilə mübahisə etmiş və satıcının üzərinə kalkulyator cihazını atmışdı. Moskvanın tələbilə öz dilində cavab almaq istəyən qırğız həbsə atılmışdı.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 339          Tarix: 20-08-2021, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma