Xəbər lenti

Əfqanıstanda ABŞ -ın mövcud olduğu dövrdə xaşxaş sahələrinin sayı təxminən 100 dəfə artdı.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Bütün bunların dünyada, xüsusən də Avropada yayılma yollarından danışmayacağam. Düşünürəm ki, Əfqanıstandan kimin uçduğunu hamı yaxşı bilir.

Dünyadakı heroinin 93 faizi bu gün Əfqanıstanda istehsal edilir. ABŞ bu ölkədə iki istiqamətdə işləyir. Birincisi, öz təhlükəsizliyini təmin etmək, ordu qurmaq və silahlandırmaqdır. İkincisi, yeraltı sərvətləri ciddi şəkildə araşdırmaq və hasil etməkdir", - Şoyqu bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 051          Tarix: 29-08-2021, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma