Xəbər lenti

SSRİ zamanında Əfqanıstan iqtisadiyyatının yaradılması, ölkə həyatının normal məcrasının bərpa olunmasında aktiv iştirak edib.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, Moskvanın heç vaxt Kabilə hansısa dəyərləri sırımadığını bildirib:

“Biz Əfqanıstanla sərhəd olan öz yaxın müttəfiqlərimiz və qonşularımız üçün çox narahatıq.

Biz əfqan xalqına görə həqiqətən narahatıq. SSRİ Əfqanıstanı ilk tanıyan ölkə olub. SSRİ aktiv şəkildə əfqan iqtisadiyyatı yaradıb, əfqanlara ölkələrində əcdadlarının yaşadığı qanun və prinsiplərlə yaşamaları üçün kömək edib.

Biz heç vaxt heç nəyi Əfqanıstana sırımamışıq”.


Ana səhifəyə qayıt        Baxış: 3 108          Tarix: 31-08-2021, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma