Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 11:49
Bu gün, 10:33
Dünən, 23:39
Dünən, 19:39
Dünən, 16:17
Dünən, 15:46
Dünən, 09:30
19-01-2025, 23:30
19-01-2025, 22:21
19-01-2025, 20:40
19-01-2025, 19:31
19-01-2025, 17:10
Ermənistanda səfərdə olan tanınmış rusiyalı politoloq, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov 44 günlük müharibə və onun nəticələrilə bağlı maraqlı şərhlər verib.
“AzPolitika.info” xəbər verir ki, daha çox ermənipərəst mövqeyilə seçilən Markedonov İrəvandakı tədbirdə Ermənistanın məğlubiyyətinin sürpriz olmadığını bildirib. Politoloq deyib ki, məğlubiyyət son 26 ildə baş verən proseslərin məntiqi sonu sayıla bilər: “Qarabağ getdikcə bir qrup şəxsin hakimiyyəti əlində saxlaması ilə əlaqələndirilməyə başladı. Buradan da “Qarabağ klanı” konsepsiyası meydana gəldi. 2008-ci ilin martındakı proseslər nəticəsində isə Qarabağın Ermənistanın inkişafını dayandıran artıq yük olması barədə təsəvvürlər yarandı.”
Müharibə ilə bağlı danışan politoloq bildirib ki, Nikol Paşinyanın torpaqları təhvil verməsi kimi iddialara qiymət vermək istəmir və bunları ciddi qəbul etmir. O, həmçinin qeyd edib ki, həmin vaxt Ermənistan cəmiyyətində könüllülük, savaşa atılmaq yox, yorğunluq müşahidə edilib: “İstənilən halda, cəmiyyət liderlərin əksinə getməyə hazırdırsa, gedir. 2020-ci ildə biz könüllülük hərəkatının güclü təzahürünü görmədik, əksinə, münaqişədən yorğunluq müşahidə etdik. Noyabrda isə bu yorğunluğun nəticəsini gördük.”
Markedonov əlavə edib ki, bu münaqişəni Qarabağ münaqişəsi adlandırmaq doğru deyil, çünki bu, Ermənistan-Azərbaycan münaqişəsidir və qarşıdurma təkcə Qarabağda olmayıb.
Nəhayət, Rusiyanın roluna gəlincə, Markedonov deyib ki, Moskvanın MDB məkanına təsir imkanları həddindən artıq şişirdilir: “Guya Moskva necə desə, elə də olacaq. Bu, heç də belə deyil.” Politoloq İran-Ermənistan yaxınlaşmasına toxunaraq, burada da xeyli şişirtmələr olduğunu bildirib: “Ermənistan və İran XİN rəhbərləri görüşən kimi, tərəflər arasında bir siyasi ox yarandığı barədə danışılmağa başlandı. İrəvanla Tehran arasında hansı oxdan söhbət gedə bilər? Nədir, erməni siyasətçiləri iranlılar kimi sionizmlə mübarizə aparacaqlar? Yumşaq desək, yox. Əlbəttə, oxlar, sxemlər əla şeylərdir. Lakin gəlin daha real təməlləri görə bilək.”
Göründüyü kimi, İrəvana dəvət etdikləri tanınmış rusiyalı politoloq da erməniləri nağıllardan, illüziyalardan ayılmağa və reallıqları qəbul etməyə dəvət edir. Ancaq uzun illər beyni zəhərlənmiş erməni cəmiyyətinin bütün bunlardan lazımi nəticə çıxarıb-çıxarmayacağı sual altındadır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər