Xəbər lenti

Türkiyənin Hələbdəki baş konsulluğu təxminən 13 illik fasilədən sonra işə başladı.

Oxu.Az-ın məlumatına görə, bu barədə TRT kanalı görüntülər yayımlayıb.

Kadrlarda diplomatik nümayəndəliyin binası üzərində Türkiyə dövlət bayrağının qaldırılması əks olunub.

Bildirilir ki, baş konsulluq tədricən işçi heyətini artıracaq və əhaliyə xidmət göstərməyə başlayacaq.

Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Keroğlu mərasimdə bildirib ki, "Bəəs" Partiyasının hakimiyyətdən getməsindən sonra Ankara Suriyanın əsl sahibləri ilə əlaqələr qurub ki, bu da ölkənin inkişafına töhfə verəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 758          Tarix: Bu gün, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma