Xəbər lenti

Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrinin potensialının artırılması ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, o silahlı qüvvələrin qarşısında çıxışı zamanı qeyd edib ki, ordunu səfərbər etmək və gücləndirmək üçün daha çox gənc könüllüyə ehtiyyac var.

Makron hərbçilərin qarşısında çıxışı zamanı qeyd edib ki, Fransa hökuməti könüllüləri müəyyən etmək üçün daha yaxşı iş görməlidir: "Biz onlara təlim keçə, ordunu Fransanın materik hissəsində və ya başqa yerlərdə gücləndirmək vaxtı gələndə onları səfərbər edə bilək”.

Jurnalistlər qeyd ediblər ki, Makron hələlik təşəbbüsünün dəqiq təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda prezident Fransanın müdafiə prioritetlərinin yenilənmiş strateji icmalını da təqdim edib. Makron müvafiq tədbirləri Parisin uyğunlaşmaq məcburiyyətində qaldığı “yığılmış təhdidlərlə” əlaqələndirib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Makron Avropanı təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməyi dayandırmağa və bunun əvəzinə geosiyasi arenadan itməmək üçün hərəkətə keçməyə çağırmışdı. Onun fikrincə, Avropa ölkələri bununla bağlı məsuliyyət daşımalı və müstəqil idarəetmə həyata keçirməlidirlər.

Nigar HƏSƏNLİ,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 136          Tarix: Bu gün, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma