Xəbər lenti

“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?”

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib. Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan kimin gedib-getməyəcəyini İrəvan yox, Moskva təyin edir: “9 noyabr sazişinin imzalanmasından sonra “artsax”-ın (Qarabağ-red.) təhlükəsizliyinin faktiki təminatçısı Moskva oldu və qlobal miqyasda baxsaq, Qarabağa kimin gedib-getməməsi Moskvada həll olunur. 9 noyabrdan sonra bu məsələ İrəvanda yox, Moskvada həll olunur.”

Kiviryan Paşinyanın vaxtilə Qarabağa səfər etməsini böyük məsuliyyətsizlik adlandırıb və deyib ki, bunun nəticəsi ermənilərə yaxşı məlumdur: “Vaxtilə getdi və “Qarabağ Ermənistandır” dedi və biz hamımız bunun nəylə nəticələndiyini yaxşı bilirik. Bütün bu bəyanatlar və məsuliyyətsiz hərəkətlər İkinci Qarabağ Müharibəsinə gətirib çıxardı. Əgər indi də Stepanakertə (Xankəndi-red.) getsə və öz tərzində yenə “Qarabağ Ermənistandır” desə, təxribatlar başlayacaq və bu gün “o niyə getmədi” deyənlər “axı, o niyə getdi” deyəcəklər”.

Politoloq deyib ki, ermənilər üçün indi olduqca mürəkkəb situasiya yaranıb: “İndi hər bir məsuliyyətsiz addım erməni xalqı üçün ən yeni kataklizmlərə səbəb ola bilər, xüsusilə nəzərə alsaq ki, bu gün təhlükəsizliyimizin qarantı – ordu yoxdur!”


Ana səhifəyə qayıt        Baxış: 3 306          Tarix: 6-09-2021, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma